AZ

Çinin Londondakı səfiri casusluq ittihamı ilə Britaniya XİN-ə çağırılıb

Çinin Londondakı səfiri casusluq ittihamı ilə Britaniya XİN-ə çağırılıb

Çinin Londondakı səfiri Çinq Ziquanq ölkəsinin Britaniya ərazilərində casusluq və kiberhücumlar həyata keçirdiyi iddiasından sonra Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.


Britaniya XİN-dən verilən açıqlamada Çinin səfiri Cinqin İngiltərə ərazisində Milli Təhlükəsizlik Aktına zidd olaraq qeyri-qanuni xarici dövlət fəaliyyətləri həyata keçirdiyinə dair iddialar səbəbilə nazirliyə çağırıldığı bildirilib.

Açıqlamada Cinqin xarici işlər naziri Devid Kemeronun göstərişi ilə nazirliyə çağırıldığı qeyd edilib. “Xarici İşlər Nazirliyi Çinin İngiltərəyə qarşı davranışını, o cümlədən kiber hücumlar və casusluqla bağlı hesabatları qəbul edə bilməz” - deyə bəyanatda qeyd edilib.

Açıqlamada İngiltərədə Çin adına casusluq ittihamı ilə edilən həbslərə də diqqət çəkilib. Bildirilib ki, ittihamların hədəfində olan xarici kəşfiyyat qurumu Honq Konq Xüsusi İnzibati Bölgəsinin kəşfiyyat xidmətidir.

Son iki ayda İngiltərədə Çinlə əlaqəsi olduğu iddia edilən bir neçə casusluq və kiberhücum hadisəsi baş verib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
1
afn.az

2Mənbələr