AZ

OPEC 24-25-ci illərdə qlobal neft tələbatının artımı proqnozunu saxladı

Neft ixrac edən ölkələr təşkilatı (OPEC) 2024-cü ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu saxlayıb və onun əvvəlki illə müqayisədə gündəlik 2,25 milyon barel artaraq gündəlik 104,46 milyon barrelə çatacağını gözləyir.

Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, bu barədə kartelin aylıq hesabatında deyilir.

OPEC-in hesablamalarına görə, 2023-cü ildə qlobal neft tələbatı sutkada 102,21 milyon barel təşkil edib.

OPEC-ə görə, bu ilin birinci rübündə neftə tələbatın sutkada 103,56 milyon barel, ikincidə 103,75 milyon barel, üçüncüdə 104,90 milyon barel, dördüncüdə isə 105,61 milyon barel olacağı gözlənilir. Kartel ikinci rüb üçün tələb təxminini sutkada 0,08 milyon barel azaldıb, lakin dördüncü rübdə əvvəlki təxminləri ilə müqayisədə 0,04 milyon barel artırıb.

Kartel qlobal neft tələbinin 2025-ci ildə də artmaqda davam edəcəyini - 2024-cü illə müqayisədə gündəlik 1,85 milyon barel artaraq, əvvəlki təxminlərə dəyişiklik etmədən gündəlik 106,31 milyon barrelə çatacağını gözləyir.

Apreldə OPEC ölkələrinin neft hasilatı mart ayı ilə müqayisədə gündəlik 48 min barel azalaraq gündəlik 26,58 milyon barel təşkil edib. Ötən ilin sonunda OPEC gündəlik orta hesabla 27,02 milyon barel neft hasil edib, 2022-ci ildə bu göstərici gündəlik 27,72 milyon barel olub. Bütün göstəricilər OPEK-dən çıxan Anqolanı nəzərə almadan verilib. 

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
192
6
qaynarinfo.az

10Mənbələr