AZ

Təyinat alan 27 hakim and içdi (FOTO)

Bakı. Trend:

2024-cü il mayın 14-də Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun növbəti iclası keçirilib.

Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, iclasda AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 13 maytarixli Sərəncamı ilə birinci instansiya məhkəmələrinə təyinat alan27 hakimin andiçmə mərasimi keçirilib.

Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləritəbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.Sədr yeni hakimlərə şərəfli hakim adını hər zaman uca tutmağı,ədalətli, vicdanlı və məsuliyyətli olmağı tövsiyə edib.

Sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunub.Onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasənədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına vəQanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyatakeçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyubsaxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarınaand içiblər.

Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusigeyim forması təqdim olunub.

Təyinat
Təyinat
Təyinat
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
22
az.trend.az

10Mənbələr