AZ

Polis qapı-qapı gəzir

Kanadanın Qərb bölgəsi cümə günü başlayan meşə yanğınları ilə mübarizə aparır. 

"Cebhe.info" xəbər verir ki, Qərbi Kanadada 10 min hektar əraziyə yayılan meşə yanğınları ABŞ-nin bəzi bölgələri ilə yanaşı, ölkənin 5 ştatında da tüstülənməyə səbəb olub.  Qərbi Kanadanın Britiş Kolumbiya əyalətindəki Fort Nelson qəsəbəsinin demək olar ki, hamısı meşə yanğınları səbəbindən boşaldılıb.

Britiş Kolumbiyanın Fövqəladə Hallar və İqlim Naziri Bovinn Ma vilayətin şimalındakı şəraitin son dərəcə çətin olduğunu deyib:

“Proqnozlarımıza görə güclü yağışın olmadığını və küləyin hər an güclənə biləcəyini nəzərə alsaq, olduqca narahatıq".

Önümüzdəki 48 saatın Fort Nelson üçün kritik olacağını əlavə edən Ma deyib:

"Təxliyə edilənlər üçün 200 otaqlı yaşayış sahəsi ayırlıb".

Fort Nelson Bələdiyyə Başçısı Rob Fraser mövzu ilə bağlı verdiyi açıqlamada Fort Nelson və ətraflarından 3500 adamın təxliyə edildiyini və polisin bölgədə qapı-qapı gəzərək təxliyə prosesini davam etdirdiyini bildirib.

Kanada Milli Dəmir Yolu (CNR.TO) tərəfindən edilən açıqlamada deyilir: "Meşə yanğınları səbəbiylə Britiş Kolumbiya və Alberta əyalətlərinin bəzi bölgələrində qatarların hərəkəti dayandırılıb".

Britiş Kolumbiyası və Alberta əyalətləri ölkənin enerji sektorunun mərkəzində olsa da, meşə yanğınları səbəbindən indiyədək neft və ya qaz hasilatında heç bir fasilə qeydə alınmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
cebheinfo.az

1Mənbələr