AZ

Avstraliyalı həkim beyin xərçəngini sağaltdı

Avstraliyalı alim həmkarı ilə birlikdə özünü müalicə edərək xərçəngə qalib gəlib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyalı alim doktor Riçard Skolyer keçən il konfrans üçün getdiyi Polşanın Krakov şəhərində xəstələndikdən sonra beyin xərçənginin ən aqressiv növü olan \"qlioblastoma\" diaqnozu qoyulub.
 
Doktor Skolyer uzun müddətdir həmkarı professor Georgina Long ilə birlikdə apardığı xərçəng müalicəsi ilə mütəxəssislərin nəzarəti altında müalicə almağa başlayıb.
 
Mütəxəssis qrupun köməyi ilə, melanomada işləyən, lakin beyin xərçəngində heç vaxt sınaqdan keçirilməmiş üsullar əsasında Dr. Riçard Skolyerin müalicəsinə başlanılıb.
 
Beynində şiş cərrahi yolla çıxarılan Skolyer daha sonra müxtəlif vaxtlarda MRT müayinəsi ilə xərçəngin təkrarlanmadığını yoxlamış, dünən isə son müayinədə xərçəngin təkrarlanmadığını açıqlamışdı.
 
Doktor Skolyer sevincli xəbəri belə açıqlayib: \"Keçən cümə axşamı beyin MRT müayinəsindən keçdim. Dünən öyrəndim ki, hələ də təkrarlanma əlamətləri yoxdur. Mən bundan xoşbəxt ola bilməzdim!!!”
 
Gülay
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
azxeber.com

1Mənbələr