AZ

Rusiya Çindən vasitəçi kimi istifadə etmək istəyə bilər -ŞOK PROQNOZ

Rusiya Prezidenti Vladimir Putin Çinə gedəcək.
APA-nın TASS-a xəbərinə görə, 16-17 may tarixlərində reallaşacaq səfər çərçivəsində Kreml rəhbəri Si Cinpinlə danışıqlar aparacaq.
Onun həmçinin paytaxtla yanaşı, Harbin şəhərinə də gedəcəyi, səfərin yekunlarına dair bir sıra sənədlərin imzalanacağı nəzərdə tutulur.

Səfəri “Sherg.az”a dəyərləndirən politoloq Turab Rzayev qeyd edib ki, Rusiya Çinlə əməkdaşlığını daha üst səviyyələrə daşımaqda qərarlıdır:

“Rusiya-Çin bloku faktiki olaraq Amerika Birləşmiş Ştatları, Avropa və NATO blokuna qarşı birlikdə fəaliyyət göstərir. Putinin sözügedən səfəri gözlənilən idi. Xüsusilə də Rusiyada sonuncu təyinatlılar Çin rəhbərliyi ilə münasibətləri müsbət olan şəxslərdir. Rusiyada, artıq iqtisadi problemlər başlayıb. Ordunun ehtiyaclarını ödəmək üçün iqtisadiyyatı yenidən inzibati amil sisteminə salmaq lazımdır. Müdafiə naziri Andrey Belousovun təyinatından sonra ölkə iqtisadiyyatı hərbi-sənaye kompleksinin ehtiyaclarına yönəldiləcək. Putin Çinə səfəri zamanı iqtisadi problemlərdən xilas olmağa çalışacaq. Hindistan, Türkiyə və bir sıra ölkələr Qərb sanksiyalarından çəkinərək Rusiyadan enerji, neft-qaz ala bilmirlər. Digər tərəfdən Çində də Rusiyada olduğu kimi hakimiyyət dəyişikliyi həyata keçiriləcək. Çin Xalq Respublikasının Sədri Si Cinpin özünə sadiq kadrları hakimiyyətə gətirəcək. Rusiyanın Ukrayna məsələsi olduğu kimi Çinin də Tayvan problemi mövcuddur. Buna görə də Çin Şimal qonşumuzun dəstəyini umur. Rusiya-Çin yaxınlaşması bir müddət davam edəcək. Hər iki ölkə Qərbin təzyiqinə qarşı birgə mübarizə aparacaq. Çin və Rusiya dünya siyasətində vahid mövqedən çıxış etməyə çalışırlar. Rusiyanın Ukraynada nəzərdə tutduğu hücum effektiv olmadı. Ona görə də Çindən vasitəçi kimi istifadə etmək istəyə bilər”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
sherg.az

1Mənbələr