AZ

YAZDIR, ŞƏHİD ANASI POEMA

Öz müstəqilliyi və tərəqqisi üçün, öz şöhrətinin ən parlaq illəri üçün Azərbaycanın əbədi borclu olduğu Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin zəka və iradəsinin varisi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin şərəfinə

PROLOQ

Dünya dolaşıb qalıb,

Adamlar çaşıb qalıb.

Bəndik bir təmiz ada ;

Dünya nə olur olsun –

Gülüstan, abad, ya da

Viranə olur olsun,

Qamətimiz şax olub.

Gözlərimiz tox olub,

Əlimiz qabar-qabar.

Nə qonşu tabağında

Bizim tamahımız var.

Nə düşmən qabağında

Əyilmişik, sınmışıq.

Ruzimizi özümüz

Tər töküb qazanmışıq.

Bir qarın çörək üçün

Kiminsə əlaltısı,

Qara qulu, köləsi,

Dış ağrısı, forpostu,

Şaxtalı ayağının

Tozu olmamışıq biz.

Yaranışdan, binadan

Bizim vüqarımız var.

Bizim Vətən andımız,

Vətən şüarımız var.

Ancaq heç vaxt, heç zaman

Murdar daban yalayan

O murdar haylar kimi

Min bir oyundan çıxıb :

İməkləyib, sürünüb,

Gah itib, gah görünüb

Ordan iy çəkə-çəkə,

Burdan iy çəkə-çəkə

Göz gəzdirib, vurnuxub,

Kola-kosa baş soxub

Ovçuya ov axtaran

Tazı olmamışıq biz.

Otuz qış ötürmüşük,

Yaz, bahar keçirmişik.

Aslan kimi, şir kimi

Dərin yaralar alıb

Ağrılar keçirmişik. –

Quzu olmamışıq biz.

Çox gəliblər, gediblər,

Çox hədyan danışıblar.

Bizi çox incidiblər,

Çox hədləri aşıblar,

Hoqqalar çıxardıblar.

Bizi hədələyiblər,

Bizə göz ağardıblar,

Barmaq sirkələyiblər.

Halal torpaqlarımızın

Bir qarışını belə,

Qara daşını belə,

Düşmənə təslim etmək?!..

Üzü qara, şərəfsiz

Dünyadan köçüb getmək?!..

Razı olmamışıq biz !

Razı olmamışıq biz !

44 günlük o döyüş....

İgidlərin ölümü

Bizi yaman incidir,

Bizi yaman ağrıdır.

Bir gecənin içində

Analar neçə dəfə

Ağır yuxular görür:

Görür, oğlu can verir!-

Yuxusu qara gəlir ;

Öz qara yuxusunda

Analar fikrə gedir,

Yəqinlik hasil edir,

Qəti qərara gəlir :

- Oğulların ölümü

Həqiqidir, doğrudur !

Analar bu yuxuya

İnanmaq istəmirlər.

Tez, hövlnak oyanıb,

Sağa, sola boylanıb,

Oğul da gözləmirlər.

Haldan-hala düşürlər:

Huş aparır, yatırlar.

Analar yuxuda da

Dərdə, qəmə batırlar.

***

... Çox əzablar çəkmişik,

Büruzə verməmişik,-

Qəlbimizdə ağlayıb,

Qəlbimizdə çökmüşük.

İkibaşlı qartalın

Sinəmizdə oturub

Canımızı diddiyi,

Qanımızı içdiyi

O dəhşətli zamanlar...

O ahlar, o amanlar...

Kökümüzü sarsıdan

Məhrumiyyətlər dolu

İllər keçib aradan.

Heç ağıla gəlməyən

Sərhəd, hüdud bilməyən

Erməni barbarlığı...

Erməni murdarlığı...

Kəmərlərdə can verən,

Balaca biləkləri,

Qırılmış sümükləri

Bu vəhşət yuvasını,

Rəzalət kahasını

Dünyaya nişan verən

Bizim o qotaz-qotaz

Körpələrin naləsi,

Əzablı hekayəsi:

...Yaradan özü bizə

Səbir əta eləsin,

Dözüm versin, tab versin.

Mənim bu sualıma

İşimizə qarışan,

Artıq - əskik danışan

Erkəyi erkək ərli,

Yubkalı, manikürli,

Dodaqları boyalı,

“Çox abırlı, həyalı”

“Bacılar” cavab versin:

-Xalqımın ilk əsgəri,

Xalqımın ilk şəhidi,

Ümidsizlik fəryadı

Dünyaları bürüyən,

Kəmərlərdə çürüyən

O məsum bir körpənin

Nə günahı var idi?!..

Bağça uşağı idi:

Onun bu gen dünyadan

Umacağı nə idi?!

O bir evin, ocağın,

Xoşbəxtlik tacı idi.

Bir tikə mehribanlıq,

Sevgi möhtacı idi.

Səhərdən axşamacan

Özü kimi balaca

Körpə dostları ilə

Atılıb-düşürdü o.

Gülüb-güləşirdi o.

O hələ dünya nədir,

Sülh nədir, dava nədir? -

Bilmirdi, anlamırdı.

O günəşə, işığa

Çıxmağa tələsirdi.

Oyuncaq maşınını,

Kuklasını gəzirdi.

Ölüm nədir bilmirdi,

Ölümə inanmırdı...

O niyə ölməliydi?

****

...Son nöqtələr olmadı.

O dəhşətli zamanlar

Daha nələr olmadı?

... Qanlı 20 yanvar!

... Xocalı faciəsi!-

Erməni barbarlığı,

Erməni murdarlığı.

Günün günortasında

Dünyanın ortasında

Dünyanı heç nə sayıb,

Allahın özündən də

Çəkinməyib, qorxmayıb,

Əlindən, ayağından

Divara mismarlayıb,

On üç yaşlı qızımın –

Şirin-şəkər balamın,

O südəmər balamın

Diri-diri alnının,

Sinəsinin, qarnının

Dərisini soydular,

Gözlərini oydular.

Balamın əzabından

Kaftarlı, fahişəli

Haylar həzz alırdılar.

O dərisi soyulmuş

O gözləri oyulmuş

Balam əldən düşürdü,

Haldan, dildən düşürdü,

Onlar əl çalırdılar.
Balam ölənə kimi. –

Soyulmuş bədəninin

Sulu-sulu son qətrə

Qanı gələnə kimi

Şərabdan içirdilər.

Xumarlanıb, keflənib

Böyük Ermənistanın –

Zəhərli bir xülyanın

Yelinə uçurdular.

O murdar, rəzil haylar

Bir-birinə göz vurub,

Saatlarını qurub

Saniyə sayırdılar,

Dəqiqə sayırdılar.

Mənim südəmər balam

Ağrıdan qıvrılırdı ;

Sahibsiz, boş göylərə

Məlul-məlul boylanıb

Baxıb, göz dolandırıb

Ağlayıb qışqırırdı.

Yeddi dəqiqə sonra

Canını tapşırırdı.

“Tamaşaçı” qatillər

Xaçaturlar, aramalar...

O fahişə əmənlər,

O nüftəsi haramlar

Xorultusu böhtan, şər

O murdarlar, iyrənclər,

Donuzdan törəmələr

Tüpürüb bıçağına,

Balamı tikə-tikə

Doğrayıb tökürdülər

İtlərin qabağına

Yeddi dəqiqə!.. Bir az

O yan, bu yan olsa da

Nəticə aydın idi,

Hesabat dəqiq idi.

Bütün türk dünyasında

Erməni vahiməsi,

Xofu yaratmaq üçün,

Məqsədə çatmaq üçün

Bu da yaxşı təcrübə,

Tədqiqat, tədqiq idi.

Avropalı cənablar

Bu qanlı faciəni

Kitablardan oxuyub-

Çiçək kimi qoxuyub

Məst olub gedirdilər.

Darılmayıb, gör hələ

Oynayıb gülə-gülə

Nə xəyal edirdilər :

Dünyanın ən humanist,

Xeyirxah, ədalətli

Xalqı olduqlarına ;

Guya hamıdan artıq

Yetkinləşib kamala,

Ağla dolduqlarına

Əminlikdən dolayı

Şadyanalıq eləyib

Şərəfyab olurdular

Feyzyab olurdular.

Onlar, o imansızlar,

Vicdansızlar, qansızlar

Nə göz yaşı axıdıb,

Nə də saç yolurdular.

****

Ay “humanist, sülhpərvər,

Ləyaqətli, xilaskar”

Avropalı cənablar!

Sizin də gözünüz var,

Seçin ağı qaradan

Budur, budur, bax budur

İnsanlığı sarsıdan.

Heç ağıla gəlməyən

Sərhəd, hüdud bilməyən

Erməni barbarlığı,

Erməni murdarlığı.

Bəşərə təhlükədir,

İnsanlığa ləkədir

Erməni mövcudluğu,

Gerçəkliyi, varlığı.

Avropalı cənablar!

Cənab Avropalılar!

Çox gözəl bilirsiniz

Kim yolluyuq, biz kimik?-

Biz sizdən çox qədimik.

Kökümüz, əslimiz var.

Tarixlərin şöhrəti

Qəhrəman nəslimiz var.

Dönə-dönə tapşırıb

Demisiniz, bilirik.

Biz də ömür sürmüşük

Görə-görə gəlirik.

Ermənilər “bacınız”,

Turan eli özgədir.

Onda buyurun, baxın :

Bu barbarlıq, murdarlıq

Sizin üçün güzgüdür.

Özünüzü tanıyın ;

Dünya zarafat deyil

Avropalı cənablar !..

Sağı, solu görməyib ;

Ölümlərə, qanlara,

Bir nəzər yetirməyib

Boş, mənasız, faydasız

Söz danışmağa nə var ?

Təmiz, xoş niyyət ilə

Havadarlıq eləmək !.

Hamıya rahat həyat

Firavanlıq diləmək !-

Kim alqışlamaz bunu?..

Dünya yaxşı tanıyır

Kimin kim olduğunu.

Bu qarışıq zamanda,

Bu dolaşıq zamanda

Avropalı cənablar !

İnsafın, mürüvvətin

Harada qaldığını,

Bozarmış, köhnə, nimdaş

Qəlbinin yırtığından

Harada saldığını

Vecinə almayan var.

Erməni tənha deyil,

Yazıq, binava deyil

Köhnə “bacılarsınız”,

Bir-birinizə həyan,

Doğma, əzizlərsiniz.

Havadarlıq eləyib

Qəddarı daha qəddar,

Murdarı daha murdar

Eləyən sizlərsiniz.

Avropalı cənablar !

Bu barbarlıq, murdarlıq,

Bu cəlladlıq, qəddarlıq

Nə birinci kərədir,

Nə sonuncu kərədir,

On üç yaşlı balamın

Əzablarına görə

Mənim nə nifrətim var,

Hamısı sizlərədir.

Avropalı cənablar !

Gözünüzün önündə

Körpələr şaqqalanır,

Tikə-tikə doğranır. –

Dayan deyən olmur heç.

Siz insan deyilsiniz !

Vicdanınız ağrımır,

Gözləriniz dolmur heç.

Söz ağlayır dilimdə ;

Hirsimdən, acığımdan

Qələm tutmur əlim də.

Baxıram bir kənardan.

Danışan, haray salan,

Fəryad edən ürəkdir :

-Avropalı cənablar !

Sizi qınamıram mən.

Namus, qeyrət, ləyaqət

Gözləmirəm sizlərdən .

Türkün kim olduğunu,

Necə təmiz, pak olan

Müqəddəs bir anadan

Kişi doğulduğunu

Duyub-dərk etmək üçün,

Kamala yetmək üçün

Sizə zaman gərəkdir.

Hələ sizə çox sınaq,

Çox imtahan gərəkdir.

Ancaq bu gün, bu saat

Sizə haramdır həyat !

Avropalı cənablar !

Tanrı möhlət versəydi,

İmkan, qüvvət versəydi

On üç yaşlı qızımın –

Şirin-şəkər balamın,

O südəmər balamın

Əzablarına əvəz

Başınıza göylərdən

Atəş, od ələyərdim.

Dünyanın bir küncünə -

Ya dərya kənarına,

Ya da bir cəngəlliyə

Anlaqsız, quduz olmuş

Heyvan sürüsü kimi

Toplayıb, yığıb sizi,

Gözlərimi yumub mən,

Bir anda uf demədən

Kəsərdim nəslinizi.

Yaradana şükürlər,

Dualar eləyərdim.

Avropalı cənablar !

Mənim adətim deyil –

Fürsəti bada verib,

Yarımçılıq iş görüb

Həyatımı kəm etmək :

Bir dərənin dibində

Çürüdüb leşinizi

Qurda-quşa yem etmək

Kaş qismətim olaydı. –

O qüdrətim olaydı !

Yenə, yenə, yenə də

Soyumazdı ürəyim,

Açılmazdı çiçəyim.

****

Şöhrətimiz, adımız...

Qələbə paradımız...

Dünyada daşdan keçən

Sözümüz, buyruğumuz.

Şərin başını yaran

Öz DƏMİR YUMRUĞUMUZ...

Guya avropalılar

Dünyaya sahib imiş.

Hər xırda işdə belə,

Ağır görüşdə belə

Guya çox vacib imiş

Onların fikri, rəyi.

Nəyi qadağan edib

Nəyə doğru deməyi.

Avropalı cənablar

Dünyanı zərrə-zərrə

Mikroskopdan keçirib

Sağa nəzər yetirib

Sola diqqət edirlər.

Guya qeyrətə gəlib,

Özlərinə borc bilib

Hamını ədalətə,

İnsafa, mürüvvətə,

İnsanlığa, şəfqətə

Haqqa dəvət edirlər.-

Nə böyük riyakarlıq?!..

Rəzalət, fitnəkarlıq?!..

... Bu dünyanın yiyəsi

İlahi, nə çox imiş?!..

Xəbərimiz yox imiş :

Deyirlər: güllə dəyib

Kilsənin suvağına,

Kərpicinə, damına.

Dünya hamımızındır;

Onun burnu qanayıb,

Ayağına daş dəyib -

Bərk dəyib, yavaş dəyib?

Sorğu, sual edirlər,

Xiffət, məlal edirlər

Üstümüzə gəlirlər :

- Düz yoldan çıxmısınız.,

Siz əyri baxmısınız

Dünyanın adamına.

"Siz əyri baxmısınız

Dünyanın adamına..."

Nitqə bax, çıxışa bax!..

Yerə, göyə sığmayan

Humanist baxışa bax!..

Utanmaq, xəcalət yox.

Abır, həya, ismət yox.

Bu boyda kainatda

Gözləri yaşlı, nəmli,

Tənha, köməksiz qalan

Diri-diri soyulan

On üç yaşlı balamın

Əzablarına görə

Gen dünya başıma dar.

Mənim nə yaşayışım

Nə günüm, rüzgarım var,

Sınıb yanıma düşüb

Mənim qolum, qanadım.

Zəhərdir, zəhrimardır

Bütün ömrüm, həyatım.

****

Xocalıdan bu yana

Yuxum ərşə çəkilib.

Sakit dura bilmirəm,

Dinc otura bilmirəm.

Yuvasız bir qartalam,

Yuva qura bilmirəm -

Qəzəbim aşıb-daşır.

İndi zaman başqadır.

İndi dövran başqadır.

Düşmən üçün qorxudur,

Vahimədir kölgəmiz.

Turan kitabımızda -

Bizim hesabımızda

Hər doğulan körpəmiz

Beşik yaşında belə

Qəhrəman, qədd-qamətli,

Tufanlı, cəsarətli

Qeyrət çəkən kişidir.

Xəbər çatıb mənə də

Qulaqlarım eşidir :

Bütün Turan elində

Çoxdan yada düşməyən,

Köhnəlmiş, unudulmuş

Bir söz-söhbət dolaşır. -

Qızışır, tüğyan edir.

Dünyanı silkələyir. -

Yapışıb yaxasından

Bir dön geri bax deyir.

Gizlin söhbətimiz yox.

Ucuz qeybətimiz yox.

Üz-üzə dayanmışıq,

Göz-gözə dayanmışıq.

Bu elin, bu obanın

Mən də bir yazan əli,

Aydın danışan dili.

Dünya, sözüm sənədir :

- Bizi, özünü tanı !

Etibar, vicdan hanı ?

Bu namərdlik, nankorluq,

Bu kəmfürsətlik nədir ?

Bu biqeyrətlik nədir ?-

Qəzəbim aşıb-daşır.

Bizim Turan elində

Bir söz-söhbət dolaşır.

Qızışır tüğyan edir

Qızıl bayraq götürüb

Silahlı üsyan edir:

- Deyirlər Əmir Teymur

Buralardan keçəndə,

Dəstəmazını alıb,

Namazını da qılıb,

Kefi kök, damağı çağ

Bulaqdan su içəndə,

Erməni casusundan

Necə murdarlıq görüb,

Bütün ermənilərin

Qətlinə fərman verib.

Əmirin qərarından

Göylər də razı qalıb.

Yer üzünə, dünyaya

Gur işıq, nur ələyib.

Əmirin öz anası

Ordunun qabağında

Ləçək açıb Əmirdən

İnsaf, imdad diləyib.

Türk oğlu anasının

Sözünü, ricasını

Göylərdən, səmalardan

Aşağı endirməyib –

Ananı sındırmayıb.

Bunu öz qüdrətinə,

Şanına, şövkətinə,

Hökümdar qüruruna

Əmir yaraşdırmayıb. -

Murdar ermənilərin

Hamısını qırmayıb

****

... Son nöqtələr olmadı,

O dəhşətli zamanlar

Daha nələr olmadı?!

... Torpaqların işğalı,

Bir milyon qaçqınımız.

...Cəllad əsirliyində

Neçə gəlin, neçə qız...
****

(Belə danışan yerdə,

Elə danışan yerdə

Qoy məni vurğun vursun,

Dilim, ağzım qurusun.)

...Düşmən əsirliyində,

“Gəlin-qız” deyiləndə

Əskik oğullar kimi

Dünya bizə baxırdı.

Qeyrət bizi boğurdu.

Belə yaşamaq bizə

Ölümdən də betərdi.

... Məqam çatdı, yetişdi,

Nə fürsət axtarıldı,

Nə “İZİN” yada düşdü.

Ali Baş Komandanım

Əmr etdi, qərar verdi.

Komandan alqışlandı,

Qanlı döyüş başlandı.

Ağ qanadlı mələklər,

Göylərdə dövrə vurdu.

Ayıq-sayıq 44 gün,

Başımızın üstündə

Burda, keşikdə durdu.

Yağı nəfəs dərməmiş,

İlk saatdan, ilk andan,

Ağır toplar gurladı,

Düşmən düşdü amandan...

Özü amansızlığın

Ocağı ola-ola,

Gözləri dola-dola

Boyun büküb, yalvarıb

Bizdən aman istədi.

Baş yolub, yaxa cırıb,

Qulun kimi çığırıb

Afrika çaqqalından,

Hindistan baqqalından ,

Tayqa bataqlığından,

Paris bacılığından,

Amazon meşəsindən,

Fars-İran nəşəsindən –

Dünyanın ən yiyəsiz,

Təsbehli, əmmaməli,

Əngəlli guşəsindən

Haray, imdad gözlədi...

*****

...Hərbi komissarlıqda,

Azərbaycan bayrağı

Şəstlə dalğalanırdı.

Ürəklər coşqun idi,

Gözlərdə od yanırdı.

İntizamla, nizamla,

Qətiyyətlə, inamla

Növbələr uzanırdı.

Oğullar tələsirdi –

Düşmənə zərbə vurub

Qələbələr çalırdı,

Zəfərlər qazanırdı.

***

Silaha sarıldılar...

Sırada dayandılar...

Onlar tək-tək öldülər!

Tarixi keşməkeşli-

Təlatümlü, qovğalı,

Möhtərəm, qədim, ulu

Xalqımıza əbədi

Ölməzlik qazandılar. –

Əbədi bəxtiyarlıq,

Şərəf-şan qazandılar.

Qüdrətli Azərbaycan! -

Əsrin hesablaşdığı

Yurd, ünvan qazandılar.

Onlar tək-tək öldülər! -

O ərlər, o igidlər,

O qəhrəman şəhidlər

Bizə ruh, həyat verib ,

Nəfəs, qol-qanad verib,

Xəcalət tərimizi

Alnımızdan sildilər.

****

Qarı düşmənlərimiz

Susmaq bilmirdi hələ.

Darmadağın edilib

Təslim olsalar belə

Yıxılıb ölmürdülər -

Ağıla gəlmirdilər.

Bizim qələbəmizi,

Şanlı zəfərimizi

Həzm edə bilmirdilər.

Zaman kəlbətin idi,

Qolu zora düşmüşdü.

Çünki "Artsax" mərəzi

Bir köhnə azar kimi,

Bir paslı mismar kimi

Mənfur ermənilərin

İliyinə, qanına,

Sümüyünə, canına

O qədər geyişmişdi,

Onu oradan çəkib

Çıxartmaq çətin idi.

"Kiş!.. Kiş!.." ilə heç zaman

Çıxmaz donuz darıdan ! -

Bu söz yadigar qalıb

Bizə ata-babadan.

Qulağımızda sırğa,

Yadımızdadır hər an .

Elə bu an, bu zaman

Bir səda gəlir haqdan:

- Şair, vaxtımız azdır ;

Tuş gəlməmiş qınağa

Fikrini aydın söylə

Gen gəz söz oynatmaqdan.

..."Kiş!.. Kiş!.." ilə heç zaman

Çıxmaz donuz darıdan ! -

Döğrudan da beləymiş ! -

30 il davam edən

Danışıqlar, söhbətlər

Hamısı küy -kələymiş !..

Divan-dərə, haqq nədir?..

Torpaq qaytarmaq nədir?..

Murdar düşmənlərimiz

Şiniyib durmuşdular ;

Elə qudurmuşdular

Özlərinə qəhrəman,

İgid, cəbhələr yaran

Qoçaq xalq deyirdilər.

Bizə məğmun, cürətsiz,

Cəsarətsiz, taqətsiz,

Qorxaq xalq deyirdilər...

Qəddar düşmənlərimiz

Döyüş meydanlarında

Dəmir yumruğumuzun

Zərbəsindən sarsılıb

Sarsaq olandan sonra;

Naçar, əlacsız qalıb

Sarsaq, sərsəm gözləri

Yaşla dolandan sonra

Daldalıqda, batində -

Damda, divar dibində

Zülüm-zülüm ağlayıb ,

İtib-batanlarına

Matəm, hüzn saxlayıb

Aşkarlıqda, zahirdə

Hövl edib bir də, bir də

Sağ yana hürürdülər,

Sol yanı qapırdılar.

Tribunalar qurub,

Əfsanələr uydurub

Nağıllar demək ilə,

Fəryad eləmək ilə

Təsəlli tapırdılar :

- "Dünən ağlatdığımız ,

Diri-diri alova,

Tonqala atdığımız

Adamlar deyil bunlar

Ayrı çinlər, poqonlar,

Ayrı gözlər, qeyzlər,

Ayrı hiddətlər, hirslər,

Ayrı əllər var burda.

Harda görünüb, harda ?!.

Deşmir top mərmisi də ! -

Nəsildəndir, zatdandır -

Sinə də poladdandır

Bu ayrı adamlarda.

İrəvan qan ağlayır:

Tək qalıb təklənmişik,

Qırılıb tükənmişik .

Başımız nələr çəkir?!

Dünya da bunu görür.

Ancaq "Böyük bacımız"

Bizə xəbər çatdırıb

Təzə tapşırıq verir:

- Ağrıdağ orda qalıb, -

Çətində, darda qalıb.

Nə Qarabağ, nə filan?!..

İndi daha möhtəşəm,

Əzəmətlidir plan.

Daha genişdir meydan.

Daha böyükdür imkan.

Laçında, Kəlbəcərdə,

Şuşada, Ağdərədə,

Ağdam deyilən yerdə,

Daşaltıda, - orada! -

Daha harda, harada?!..

Gözlərindən o dəhşət,

Qorxu çəkilib məgər?

Xocalı faciyəsi! -

Ağrımır, qövr eləmir?!..

O cur dərin yaranın

Hovu çəkilib məgər?

Rahatlıq tapa bilməz,

Arxayın yata bilməz.

Qalxıb qorxaq əlləri

Silah da tuta bilməz

Sinəsindən vurmuşuq,

İnadını qırmışıq,

Gözlərinin tovunu

Çoxdan almışıq türkün.

İndi bu saat, bu gün

Bizim tərəfimizdə,

Qolumuzun gücüdür,

Yanımızdadır Zaman.

Burnunu ovmaliyiq,

Birbəbir qovmalıyıq, -

Biz Türkün ayağını

Kəsməliyik Qafqazdan!

Hələlik, canı budur

Sualımın, sorğumun:

Cumun, Bakıya cumun! -

Çəkinməyin, qorxmayın,

Yubanmayın, amandır.

Yaddaşınızdan silin

Sehrkarı, sehri .

Arxayın olun, bilin,

Dilsiz qoyunun yemi

Arpadır, vələmirdir.

O ayrı adamların

Sinəsinin zirehi

Nə daşdır, nə dəmirdir, -

Çitdəndir, cunadandır.

Qorxub "çit"dən, "cuna"dan

Qaçmaq olmaz meydandan

Hər əli silahlıdan -

Qaraltıdan, kölgədən

Xoflanmayın, hürkməyin,

Ayaq geri çəkməyin.

Cumun, Bakıya cumun!-

Elə ki, Bakımızı

Qoşun çəkib aldınız,

Orada Şaumyana -

“O şanlı qəhrəmana”

Başı göylərə çatan

Bir heykəl ucaldınız...

...Biz də axmaq deyilik ; -

Qanmaz uşaq deyilik

Biz də çörəyimizi

Qulağımızla deyil.

Ağzımızla yeyirik .

Bu gün bütün dünyaya

Car çəkirik, deyirik,

Dünyada hamıdan çox

Bizə ürəyi yanan,

Arxamızda dayanan

Öz “süd anamızı”da

Xəbərdar eləyirik. -

Təkrar-təkrar deyirik:

- Dünən ağlatdığımız,

Diri-diri alova,

Tonqala atdığımız

Adamlar deyil bunlar.

Ayrı çinlər, poqonlar,

Ayrı şərtlər, diktələr

Ayrı nitqlər, hikkələr,

Ayrı dillər var burda.

Belə güc, belə qüdrət ,

Belə cürət, cəsarət

Harda görünüb, harda?

Deşmir top mərmisi də! -

Nəsildəndir, zatdandır -

Sinə də poladdandır

Bu ayrı adamlarda.

Şübhəsiz, bu adamlar

Ayrı yandan gəliblər.

Biz başı batmışların,

Günləri qara gəlib

Bəxtləri yatmışların

Heç xəbəri olmayıb. -

Bəlkə də bu adamlar

Lap bizim yanımızdan:

Elə bu İrəvandan,

Ya da köhnə yurdumuz

Dost Livandan gəliblər?!..

Düşüncəmiz yorulub,

Gözlərimiz kor olub

Qaramı basır bizi? -

Heç tanıya bilmirik

Özümüz özümüzü.

Nə deyək zəmanəyə?

Bizim taleyimizi

Yazan belə yazıbdır.

Bəd yuxular görürük ;

Bizim bəd yuxuları

Yozan belə yozubdur:

- O, ayrı adamların -

Onların şikarıyıq!

Ərəsati-məhşəri

Haçan yada salmışdıq?

Dünən o vurhavurda

Çox adamların burda

Biz canını almışdıq!

Əvəzini onlara -

O ayrı adamlara

Birə min qaytarırıq.

Qartal kimi şığıyıb

Ley kimi gəlir onlar

Səmadan üstümüzə .

Başımız bəladadır

Torpaq çəkir kamına,

Göy durub qəsdimizə.

Naləmizi eşidib ,

Yəqin, fəryadımız da

Ona çatıb, yetişib .

Olsa lap Ərzurumda,

Yubanmasın bir an da

Qoy gəlsin Qara keşiş

Qəbrimizi qazdırsın.

Bu meyitləri yusun,

Geyindirib basdırsın.

Bitib, tükənib daha

Bizim iqtidarımız

Boğazımız kəndirdə ;

Hanı, hanı, bəs hanı

Tiqran babalarımız?!..

Bəlkə qalxıb məzardan

Bir quru canımızı

Onlar qurtarsın dardan?!...

Müdhiş həyatımızı

Onlar yoluna qoysun?!...

Onlar dua eləsin,

Tanrı bizi qorusun.

Axı: "Vurun!.. Öldürün!..

Parçalayın!.. Dağıdın!..

Qan tökün!.. Qan axıdın!.." -

Onlar bizə demişdi -

Vəsiyyət eləmişdi,

Kitablarda yazmışdı,

Daşlar üstə qazmışdı..."

...Bəli, bu minval ilə

Bu hal, bu əhval ilə

Qəddar düşmənlərimiz

Bizim ağır, möhtəşəm

Dəmir yumruğumuzun

Zərbələri altında

Başlarını itirib,

Zarıyıb, inildəyib

Sayıqlayirdı belə.

Murdar ağızlarına

Gələni deyirdilər. -

Guya düz edirdilər.

Anlamırdılar hələ

Sözün ucundan tutub

Ucuzluğa, heçliyə,

Puçluğa gedirdilər.

Nə var, nə var ortada? -

Fürsət getmişdi bada.

Yüz illik bəyanatlar,

Qərarlar, hesabatlar,

Fərziyyələr, gümanlar,

"Dəqiq", hazır planlar

Başdan ayağa kimi

Xatalı, səhv olmuşdu:

O "Böyük Ermənistan!" -

Yüz illərin xülyası

Yüz minlik ordumuzun

Sücaəti önündə

Yüz yox, heç 44 gün də

Duruş gətirməmişdi -

Əbədi məhv olmuşdu.

...Bəşər ayıqlığını

Hələ itirməmişdi.

Bütün dünya görürdü:

Ərzin suallarına,

Əsrin suallarına

Mükəmməl, aydın, dürüst

Ali Baş Komandanım

Özü cavab verirdi.

Rəhbərimin dilindən

Hamı bunu eşitdi

Yer də, Göy də şahiddi:

- Qələbəni qazanan

Vətən oğullarının

İgidliyi, mərdliyi

Qüdrəti, hünəriydi!-

Bu söz başdan, binadan

Ali Baş Komandanın

Dilinin əzbəriydi

Rəhbərimiz dünyanın

Harasına gedirdi

Böyük iftixar ilə

Haqqı bəyan edirdi.

Xalqımın qüdrətindən

Bütün dünya xalqları

Xəbərdar olurdular

Bizi istəməyənlər,

Bu gün də lovğalanıb

Qan-qan deyən düşmənlər

İçəridən burxulub,

Əzilib, ovxalanıb

Tarımar olurdular.

Dərin bir köks ötürüb

"Bu nədir?!" deyirdilər.

Qara dəsmal götürüb

Qara da geyirdilər.

Bu döyüşün, zəfərin

Birinci qəhrəmanı

Azərbaycan zabiti,

Cəsur əsgəri idi.

Bütün qələbələrin

Bünövrəsi, əsası

Onların cəsarəti,

Əzmi, hünəri idi.

Ən keçilməz sədləri,

Bəndləri qırırdılar.

Qranit qayaları

Öz yumruqları ilə

Onlar dağıdırdılar.

Ayrı adamlar kimdir?

Zaman Ali hakimdir;

Ağ da bəlli, qara da.

Yüz il bundan sonra da

Bu torpağı ələyin,

Ələk-vələk eləyin

Misqal-misqal yoxlayın. -

Hesabı itirməyin,

Yadınızda saxlayın :

Aslan ruhu, cürəti,

Coşqunluğu, şiddəti -

Bizim qanımızdır O.

Bizim atəşimizdir,

Həyacanımızdır O.

Bizim torpağımıza,

Öz Qarabağımıza

Öz qanımız tökülüb.

Doğma Vətənimizdə

Öz qanımız bu qədər

Ətirli,təravətli,

Şöhrətli, şərafətli

Çiçək açıb, gül olub .

****

Onlar tək-tək öldülər! -

O ərlər, o igidlər,

O qəhrəman şəhidlər

Vətəni azad görüb,

Bəxtiyar, abad görüb

Rahat nəfəs aldılar –

Bir qəlb, bir can oldular,

Hamısı bir-birinə

Doğma əziz, sevimli,

Dost, mehriban oldular -

Ruhi-rəvan oldular

Razılıq, sevinc saçan

Böyük bir coşqu ilə

Vətənin qarşısında

Min dəfə baş endirib

Halallıq istədilər:

- "Başın sağ olsun, Vətən!

Haqqını halal eylə.

Biz səfər üstündəyik,

Mənzilimiz uzaqdır,

Yol gedirik!"- dedilər -

Halallıq istədilər.

Onlar tək-tək öldülər! -

O ərlər, o igidlər,

O qəhrəman şəhidlər

Yer üzündə, dünyada

Çox şər-xata gördülər,

Çox qan-qada gördülər.

Bütün Yer aləmini -

Bizi bəyənmədilər -

Göylərdən gəlmişdilər,

İlahi dərgahına -

Göylərə çəkildilər.

***

Bizim haqq davamızın

Səsi, sorağı çoxdan

Yaradana çatmışdı.

Tanrı Yer aləmini

Səhmana salmaq üçün

Özü əl uzatmışdı.

Bünövrəsi, dayağı

Təməli olmasaydı,

Arxasında həmişə

O qüdrət sahibinin

Öz əli olmasaydı,

Nəhayətsiz, hüdudsuz

Kainatın qoynunda -

O xatalı tünlükdə,

Qan-qadalı tünlükdə

Bizim bu yer kürəmiz –

Həyatdan küskün, incik,

Sapand daşından kiçik

Miskin planetimiz,

Yorğun düşüb ləhləyən,

Əsnəyən, mürgüləyən,

Başı döşünü döyən

Əzgin planetimiz,

Üzgün planetimiz

Necə dinclik tapardı ?

Necə qərar tutardı ?

Bizim qəlbimizdə,

Şanlı zəfərimizə

Yerin, Göyün sahibi

Yaradanın, Xaliqin

Xeyir-duası vardı.

Bunu bizdən də yaxşı

Dünya anlamalıdır.

Dünya ağıla gəlib,

Yola, sığala gəlib

Xəlq eləyən qüvvəni,

Haqqı tanımalıdır.

***

Ay şəhid anaları!

Ay şəhid ataları!

Zəfər bayramlarında,

Hamıdan çox sevinin.

Başınızı dik tutun.

Allah eləməsin!...Mən

Tapşırmıram, demirəm

Heç vaxt unudulmayan

İnsanları unudun.

Bizim eldə, obada,

İnsanlığı yaşadan,

İnsanların həyatda

Təmiz, düz ilqarıdır.

Analar həssas olur:

Bu gün, bu bayram günü

Anaların hamısı

Şəhid analarıdır.

***

...Üfüq alışıb-yanır,

Vətən nura boyanır.

Qələbənin dadını

Duyub yaşamaq üçün

Döz, dur, şəhid anası!

Matəm libası geyib,

Bayatı, ağı deyib

Qapılma qəmə, dərdə.

Bilirəm, bu gün sənə

Dünyanı versələr də

Azdır, şəhid anası!

Bu yerdə, bu məqamda

Sözü var vicdanın da.

O şəhid balamızın

Xidmətləri yanında

Mənim şeir yazmağım,

Uğurlar qazanmağım –

Karım, kəramətlərim –

Sənətkar xidmətlərim

Bu yurdda, bu ocaqda

Qızıl qanımız hopan

Bu qüdrətli, qocaman,

Bu müqəddəs torpaqda

Qərinələr sovuşub

Dolanıb dəyişsə də

Adamlar nəsil-nəsil

Ümmanda bir damla da

Şərafətində deyil.

Belə ahıl yaşımda :

Artıq köçümü çatıb

İşıqlı dünya ilə

Vidalaşan vaxtımda ;

Yığışıb, hazırlaşıb

Köhnə tanışlar ilə

Halallaşan vaxtımda

Nə yorğunam, nə üzgün.

Qalıq, boynumun yükü

Yoxdur bir başqa işim.

...Əsla sınan deyilsən

Yalvar-yaxar eləyim :

- Məğrur dayan, əyilmə!-

Bu sücaətin üçün,

Bu mətanətin üçün

Mənim sənə bəxşişim,

Hədiyyəm, payım, bu gün

Əzəmət, vüqar dolu,

Təravət, bahar dolu,

Vur-tut beş-altı kəlmə

Sözdür, Şəhid Anası !

...44 günlük o döyüş, -

O sıçrayış, dirçəliş

Bizim xalqımız üçün

Namus məsələsiydi,

Qeyrət məsələsiydi,

Şərəf məsələsiydi.

Döyüş meydanlarında

“Ya qələbə, ya ölüm!” –

Bizim bu şüarımız

Təmiz əqidələrin,

Vicdanların səsiydi,

Əcdadların səsiydi.

Kainat titrəyirdi –

Yer-Göy uğuldayırdı,

Gur-gur guruldayırdı –

Sabahın məramını

Göy Yerdən soruşurdu.

Başlarını itirib

Sərgərdan qalmışdılar,

Pərişan olmuşdular

Bütün Qərb "dahiləri".

Hesab önə gəlirdi.

Onlar hesab çəkirdi,

Onlar bunu bilirdi.

Bu müqəddəs davada

Sıravi əsgər kimi

Türkün hərb dahiləri,

Siyasət dahiləri

Qətiyyət dahiləri

Atatürkün, Heydərin

Ruhu da vuruşurdu.

Şükürlər olsun qisas

Qalmadı qiyamətə,

Gücümüzə inandıq,

Güvəndik, arxalandıq

Biz qələbə qazandıq.

Düşməni təslim etdik ! –

Darmadağın elədik –

“Bacıları” qarışıq

Susdurduq, heç kim etdik.

O köhnə bayatılar,

Lətifələr, nağıllar,

Zarafatlar qurtardı.

Başımızı tovlayan

“Həzin” uverturalar,

Nəqəratlar qurtardı.

Heç durulmadı sular

Axdı, bulanıq axdı.

Öz dəmir yumruğumuz

Qalxdı, qalxdı, nə qalxdı!-

Düşmənə divan tutdu.

O, haqq nədir bilməyən,

Yola, haqqa gəlməyən,

Baş aparan, inadkar,

Xudbin, azğın, fitnəkar

Qəddar düşmənimizi

Qanına qəltan etdi,

Ağlar qoydu, mələtdi,

Öz yerində oturtdu.

Başımızda şimşəklər

Çaxmasaydı vaxtında,

Qılıncımız qınından

Çıxmasaydı vaxtında

Öz dəmir yumruğumuz

Qalxmasaydı vaxtında

Haqqa tərəfdar olub

Kim qol qoya bilərdi

Bizim tələbimizə?

Kim inana bilərdi

Bizim bu ehtişamlı,

Parlaq qələbəmizə?

Yerimizdə saysaydıq

Bir anda yubansaydıq

Haqq-hesab itəcəkdi.

Kim səcdə edəcəkdi

Bu qüdrətə, cürətə?!

Qəflət yuxusu qaçdı

Dünya gözünü açdı

Gücümüz qarşısında

Dünya gəldi heyrətə.

Şükürlər olsun Ana

Çatdıq şöhrətə, şana.

Sən mətanət, güc, qüdrət

Ləyaqət aynasısan.

Sən Ölkə Ağbirçəyi,

Sən Vətən Anasısan.

“Şəhid əbədi qalır !” –

O, NƏCİB, NƏCABƏTLİ,

XEYİRXAH, NƏZAKƏTLİ

SEYİD XANIMI İLƏ

Ocağının başında

Bunu RƏHBƏR söylədi.

O, Ali Baş Komandan

Bütöv Azərbaycanın

Əbədi Qəhrəmanı,

Fəxri, Şöhrəti, Şanı

O, Müzəffər söylədi.

Gözümüzün işığı

O, Münəvvər söylədi, -

Qüdrət, Hünər söylədi, -

Rəhbər müdrikcəsinə

Qətiyyət ilə dedi.

Şərəfli anamıza

Böyük ehtiram ilə,

Fəxarət ilə dedi

Ancaq açıq, sərt dedi,

Gəldi-gedər dünyanın

Düz gözünün içinə

Düz danışdı, mərd dedi

Rəhbər açıq, sərt dedi :

-Yaranışdan bu dünya

İnsanları sınamır.

Yaxşı-yaman axtarmır,

Doğma, ögey tanımır.

Eyni əzəmət ilə,

İzzət, hərarət ilə

Hamını qarşılayır.

Başı üstündə durub

Saat, saniyə sayır.

Vədə, vaxt çatan kimi

Hamını yola salır.

Dünya nə yüngülləşir,

Nə də səhmana düşür.

Gözü məhşər yolunda,

Əli qaşında qalır.

Hesab soruşmur bizdən.

Nə gəlir əlimizdən!? –

Bu, qədərin işidir,

Haqqın göstərişidir.

Köhnə dostu, tanışı

Xoşbəxtliklə yanaşı

Əcəl havada süzən

Bizi axtaran, gəzən

Alov dilli bir oxsa;

Xoşumuz gəlir-gəlmir? –

Gülüb-oynadıq, yoxsa

Ağladıq həzin-həzin

Yaradanın, sübhanın

Rəhm eləyən rəhmanın,

O gözə görünməzin

Hökmü, qərarı budur.

... İnsan hər dərdə dözür,

Hər ağrını unudur.

Ancaq şükür, min şükür:

Nəsillər yola salır,

ŞƏHİD ƏBƏDİ QALIR !

Şəhid əbədi qalır ! –

Şad- xuraman yaşayır,

Əbədi ömür sürür,

Əbədi xatırlanır ;

Sevilir, əzizlənir,

Diqqət, etibar görür.

Şəhid əbədi qalır ! –

Sabahlar, gələcəklər,

Nurlu, rövşən ürəklər

Ondan güc-qüvvət alır,

Ona hesabat verir.

Günəşdən də işıqlı

Həqiqətimiz üçün,

Ləyaqətimiz üçün

Vətən sevgisi ilə

Düz ölümün üstünə

Mərdü-mərdanə gedən,

Canını fəda edən

İgidlərin həyatı,

Əzmi, müqəddəratı ...

Qaranlıq zamanlarda

Vəhşi biyabanlarda

Daş üstündə yazılmış,

Həkk olunmuş, qazılmış

Üzünü yosun örtən,

Toz basan, ovsun örtən

Köhnə hekayət deyil,

Nağıl, rəvayət deyil.

Yaşamaq vüsətini,

Payını, qismətini,

Halallıq şəfqətini,

Eldən obadan alır,

Yurddan, yuvadan alır.

Öz parlaq adı ilə,

Qaynar həyatı ilə

Şəhid əbədi qalır !

Bəxtiyar, gülər üzü

Sübhün açılan gözü ;

Eşqi, andı, amalı

İşıqlı, aydın, təmiz ;

Bir-birindən vüqarlı,

Mehriban, doğma, əziz

Nəsillər qarşılayıb

Nəsillər yola salır. -

Şəhid əbədi qalır!

-Vəfa, etibar nədir?

Düz söz, düz ilqar nədir?

- Yalları artıq düşür

Quduz itlər hürüşür

Əli qoynunda gəzib,

Dərddən canını üzüb

Nə qazana bilərsən

Bu umu-küsü ilə ?

Qolunun çırmalayıb

Xeyrə-şərə yarayıb

Vətən sevgisi ilə

Yaşamaq çətindirmi ?

-Hər döşünə döyən “dost”,

“Mənəm! Mənəm!”- deyən “dost”

Yenilməz, mətindirmi?

-Azad vətənimizdə

Nəfsin qulu olmağa,

Yetimin malı ilə

Cibi dolu olmağa

Bu gün ehtiyac varmı?

-Doğru yolunu azan –

Özgəyə quyu qazan

Özü nicat taparmı ?

-Sən fədakar vicdanın

Yenilməz, mətin, cəsur,

Qüdrətli, igid, məğrur;

Şərə, dara düşsə də,

Zindanlara düşsə də

Meydandan çəkilməyən,

Heç rahatlıq bilməyən,

Gecə-gündüz çalışan,

İşi başından aşan

O əməkdar vicdanın

O fədakar vicdanın

Tənə yağışlarından,

Leysan qarğışlarından

Qoruna bilirsənmi ?

- Qızğın hərb meydanında

Sən son bir damla qanın

Qəhrəman şöhrətini –

Gücünü, qüdrətini

Zorunu bilirsənmi ?..

...Şəhid əbədi qalır ! –

Bu sorğu-sual ilə,

Yüksək ideal ilə

Sabahı aydın görür –

Nə qan, nə qırğın görür.

Təfsilat, izah verir...

Vətən balalarından –

Vətənin topdağıtmaz

Rəşid qalalarından –

Vətən balalarından

O, imtahan götürür.

Şəhid əbədi qalır ! –

Vətənin xoş günləri

Hamımızdan daha çox

Ona sevinc bəxş edir,

Ona fərəh gətirir,

Ona şərəf gətirir.

Bu yurdda, bu ocaqda,

Qızıl qanımız hopan

Bu qüdrətli, qocaman

Bu müqəddəs torpaqda

Dəyişmir nırxı dünya ;

Fələyin çarxı dünya

Yenə işini görür –

Köhnə işini görür :

Eyni əzəmət ilə

İzzət, hərarət ilə

Nəsillər qarşılayıb

Nəsillər yola salır, -

Şəhid əbədi qalır !..

Şəhid əbədi qalır !-

Həmişə, zaman-zaman

Odur müasirimiz,

Xöşbəxt gələcəyimiz;

Odur darda, çətində

Etibarlı dostumuz,

Arxamız, köməyimiz;

Odur sədaqətimiz,

Təmiz xoş niyyətimiz,

Arzumuz, diləyimiz ;

Odur qüdsiyyətimiz,

Səcdə, şükran yerimiz

Vüqarlı ürəyimiz ;

Odur cəsarətimiz

Sarsılmaz iradəmiz,

Dəmir, tunc biləyimiz;

Odur əzəmətimiz,

Düşmən gözü çıxardan

Yerə gəlməyən, Azman,

Gen, enli kürəyimiz ;

Odur rahatlığımız,-

Kəlbəcər yaylağımız,

Öz İsa bulağımız,

Neçə-neçə müqəddəs

Ocağımız, türbəmiz.

Açıq, naz-nemət dolu

Bizim halal süfrəmiz,

Duzumuz, çörəyimiz...

...Sözlərin aydın duru ;

Bütün həyatın boyu

Sinəndə bu qüruru,

Bu işığı, bu nuru

Alnıaçıq, fərəhlə

Gəzdir, ŞƏHİD ANASI !

Nahaq yerə, boş yerə

“Nüfufuz”lara, “Güc”lərə

Güvənib, arxalanıb,

Onların məkr dolu

Riyakar vədlərinə

Bel bağlayıb, inanıb

Çox çapıldıq, talandıq...

Doğrandıq, baltalandıq...

Əzildik, tapdalandıq...

Çox tənələr eşidib,

Soyuqlayıb, üşüdüb

Dişimizi sıxmışıq.

Haqq işimiz naminə -

Şərəfimiz naminə

Hər ağrıya, acıya

Qürurla sinə gərib,

Fədakarlıq göstərib

Qəvi, qəddar düşmənin

Axırına çıxmışıq.

Bu yol Heydər yoludur!

Ulu Öndər yoludur!

Ürəyimiz doludur.

Xoşdur hər söz, hər avaz

Deyirsən : bu il bir az

Tez ötüb keçdi ayaz. –

Düzdür şəhid anası

Günəş salama gəlir,

Torpaq da üzə gülür, -

Yazdır, ŞƏHİD ANASI !

E P İ L O Q

Nə rütbə daşımışam,

Nə xəzinə görmüşəm.

Zəhmətlə yaşamışam –

Cah-calal gəzməmişəm,

Sadə ömür sürmüşəm

Alicənab dostlara

Çox minnətdar olmuşam.

Onların dar günündə

Çatıb dadına mən də

Arxasında durmuşam,

Yanında var olmuşam.

İnsaf, vicdan sarıdan

Çəkməmişəm bir korluq, -

Etməmişəm nankorluq,

Haqq-say itirməmişəm.

Zəmanə ağır, çətin

Sınağa çəkib məni-

Dayanmışam mərd, mətin

Belimdə ağır şələ

Doğmalarımdan belə

Minnət götürməmişəm.

Bütün həyatım boyu

Ehtiyacım olmayıb:-

Təkəbbür nədir? -biləm

Əfv etsin əhli-qələm.-

Çox düşündüm, gördüm ki,

Məndən başqa heç bir kəs

Bu yükü çəkə bilməz, -

Fərmayışdir, hökmdür!

Bu yük mənim yükümdür ;

Öz çiynimi qaçırıb

Yükümü başqasının

Çiyninə ötürmədim.

İmkanımı əlimdən

Bir quş kimi uçurub

Bir an vaxt itirmədim.

Tarixi qələbəmiz,

Mənə qol-qanad verdi,

Sarsılmaz, görünməmiş

Tarixi inad verdi.

Qüdrət, hünər meydanı,

Qeyrət yeridir diyə

Toplayıb var qüvvəmi

Bu tarixi şeirimi

Tamamladım, bitirdim,

Yerə qoydum qələmi.

Ürəyim sakitləşdi,

Arxayın nəfəs dərdim.

...Yazdır, Şəhid Anası!

Yazdır, İgid Anası!

“Biz göstərdik kim kimdir!” –

Murdar düşmənimizi

Biz iti qovan kimi

Qovduq torpağımızdan –

Öz Qarabağımızdan.

Gördü Qüdrətimizi,

Aslan cürətimizi

Dünya tanıdı bizi, -

Dünya düşdü səhmana.

Gözlərin aydın, Ana!

İndi bizim başımız

Fərəhdən asimana,

Ulduza, Aya dəyir.

Rəhbərin də gözündə,

Söhbətində, sözündə

Yaz, bahar gülümsəyir.

Valeh Sefiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
1
sesqazeti.az

2Mənbələr