AZ

Messinin məhsuldar oyunlar seriyası qırıldı

“İnter Mayami” MLS-də növbəti oyununda qalib gəlib.

Yəqin ki, Lionel Messi formasını geydiyi komandanın qələbəsinə ürəkdən sevinə bilməyib.

Mayamililər “Monreal İmpekt”ə səfərdə 3:2 hesabı ilə qalib gəliblər. “İnter Mayami”nin kapitanı olan Messi start heyətdə meydana çıxıb və sonadək oynayıb. Amma argentinalı hücumçu bu dəfə fərqlənə bilməyib. Beləliklə, Messinin 11 oyunluq məhsuldar seriyasına son qoyulub. O, əvvəlki 11 matçın hər birində qol vurmuş və ya məhsuldar ötürmə vermişdi.

“İnter Mayami” hazırda MLS-in Şərq konfransında keçirdiyi 13 matçdan sonra 27 xalla turnir cədvəlində liderdi. Qeyd edək ki, Messinin komandası bu qrupda çıxış edən bütün iştirakçılardan çox oyun keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
football-plus.az

1Mənbələr