AZ

Həddindən artıq yeməyin səbəbləri


Əksər insanlarda həddindən çox yemək istəyi yaranır. Mütəxəssislər bunu psixoloji amillərlə əlaqələndirir ki, bəzi şəxslər vaxtında doyma və aclıq hissi duymur.

Belə ki, insanlar həddindən artıq qida qəbul etdikdə şişkinlik, ağırlıq və nəfəs almaqda çətinlik yaşayırlar. Sözügedən məqamlar bədənin dolduğunu göstərən fiziki siqnallardır. Habelə, psixoloji aclıq davam edə bilir və insanı həqiqi iştahın olması barədə yanıldır.

Bu da ciddi problemlərə gətirib çıxarır: ümumi qidalanma pozğunluqları, mədə-bağırsaq traktının disfunksiyası və maddələr mübadiləsinin pozulması.

Ona görə də qidalanma qaydasına diqqət etmək gərəklidir. Hər yeməkdə zülallar, yağlar, karbohidratlar, lif və kalsiumla zəngin qidalar olmalıdır. Bu qida balansına və porsiya ölçüsünə nəzarət etməyə imkan verir.

Zərintac Mayisqızı
Missiya.Az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
missiya.az

1Mənbələr