AZ

Yağan yağışlar Göyçayın malasını yudu eyibləri üzə çıxdı - Replika » AzadMedia.az


Bu gün sosial şəbəkələri yağışdan sonra Göyçayda baş vermiş zibil seli bəzədi. Görüntülər birmənalı qarşılanmadı. COP 29 ərəfəsi Azərbaycan adına yaraşam mənzərə deyildi. Kimdir günahkar? Təbii ki, bunu edən insanlar. Dövlət büdcəsindən insan vəhşilikıərinə nəzarət üçün maliyyə alan qurumlar da işlərini vaxtında görməyəndə biabırçılıq pik vəziyyətinə çatır.
Həmişəki kimi aidiyyatı qurum deyəndə, qınaq lazım gələndə nədənsə Göyçayda cavabdehlər yox, ETSN hədəfə gəldi. Yaşıllaşdırma ilə bağlı hadisələrdə buna daha çox şahid oluruq. Heç kim fərqində olmaq istəmir ki, dövlətin bütün ərazilər üzrə yaşıllaşdırma idarələri var, kommunal təsərrüfat birlikləri var, zibil, yaşıllıq onlara həvalə edilib.
Gələk bugün gündəmi zəbt edən zibil selinə. Göyçay rayonunda yağan leysan yağışlar nəticəsində Qarabaqqal kəndində yerləşən tullantı poliqonundakı zibillərin sel vasitəsilə çaya gətirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərlə əlaqədar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Akif Məmmədov Azadmedia.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda Xidmətin əməkdaşlarının nəzarəti altında çay tullantıların idarə olunmasına cavabdeh qurum olan Göyçay rayon Komunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən tullantılardan təmizlənir.
İnanmaq istəyirəm ki, bu hadisə digər cavabdeh qurumlara da dərs olar. İşlərini vaxtında layiqli görərlər, yağış yağıb kosmetikalarını yuyanda eyibləri ilə manşetləri bəzəməzlər.
Elnurə Abuşova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
azadmedia.az

2Mənbələr