AZ

Kanadada 3 mindən çox adam təxliyə edildi 3 mindən çox adam təxliyə edildi

Kanadanın Qərbi Kanada bölgəsi cümə günü başlayan meşə yanğınları ilə mübarizə aparır. 

News24.az xəbər verir ki, Qərbi Kanadada 10 min hektar əraziyə yayılan meşə yanğınları ABŞ-ın bəzi bölgələri ilə yanaşı, ölkənin 5 ştatında da tüstülənməyə səbəb olub. 

Qərbi Kanadanın Britaniya Kolumbiyasında, demək olar ki, bütün Fort Nelson şəhəri meşə yanğınları səbəbindən boşaldılıb.

Britaniya Kolumbiyanın Fövqəladə Halların İdarə Edilməsi və İqlim Naziri Bovinn Ma, vilayətin şimalında vəziyyətin son dərəcə çətin olduğunu ifadə edərək, “Proqnozlarımızda güclü yağışın olmadığını və küləyin hər an güclənəcəyini nəzərə alaraq, olduqca narahatıq". 

Önümüzdəki 48 saatın Fort Nelson üçün kritik olacağını əlavə edən Ma, təxliyə edilənlər üçün 200 otaqlı yaşayış sahəsinin yaradıldığını söyləyib.

Qeyd edək ki, Fort Nelson Bələdiyyə Başçısı Rob Fraser mövzu ilə bağlı verdiyi açıqlamada Fort Nelson və ətraflarından 3500 adamın təxliyə edildiyini və polisin bölgədə qapı-qapı gəzərək təxliyə prosesini davam etdirdiyini bildirib.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
news24.az

1Mənbələr