AZ

Qarabağda abidələrin bərpası İtaliyanın əsas vəzifələrindən biridir - Rikardo Kursi

Bakı. Trend:

İtaliyanın əsas vəzifəsi Qarabağda abidələrin və muzeylərinbərpası ilə məşğul olan şirkət yaratmaqdır.

Bu barədə Trend-ə İtaliyanın Azərbaycandakı səfirliyininnümayəndəsi Rikardo Kursi Azərbaycan-İtaliya biznes forumuçərçivəsində deyib.

"Qarabağ şirkətlərimiz üçün bir çox sahədə böyük potensialamalikdir. Bu səbəbdən ümid edirəm ki, bu, sahə üzrə əməkdaşlıq edəbiləcəyimiz bir çox addımdan birincisi olacaq", - deyə obildirib.

Rikardo Kursi qeyd edib ki, Azərbaycan və İtaliya arasındamünasibətlər mədəniyyət və siyasətdən ticarət və iqtisadiyyataqədər bir çox sahədə inkişaf edir.

"Kənd təsərrüfatı şirkətlərimizin birgə çalışdığı bir çoxsahədən biridir. Ən böyük şirkətlərimiz məmnuniyyətlə Azərbaycanagələrək ölkəyə investisiya yatırırlar", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycanda İxracın və İnvestisiyaların TəşviqiAgentliyi (AZPROMO) və İtaliya Ticarət Agentliyinin (İTA) birgətəşkilatçılığı ilə ixracın təşviqi və xarici ivestisiyaların cəlbedilməsinə həsr olunmuş tədbir keçirilir.

Tədbirdə kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyətgöstərən 12 İtaliya şirkəti və 100-ə yaxın azərbaycanlı iş adamı,eləcə də müvafiq dövlət qurumlarının, yerli hakimiyyət orqanlarınınvə beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirakedir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
1
az.trend.az

2Mənbələr