AZ

Ukrayna ilə bağlı ŞOK PROQNOZ - Gələn yay...

“Gələn yay Ukrayna ordusu üçün çətin keçəcək, lakin o, dayana biləcək”.

Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps BBC televiziyasında bildirib.

Şapps “BBC Breakfast” televiziya proqramının aparıcılarının suallarını cavablandırıb. O, digər məsələlərlə yanaşı, rus qoşunlarının Xarkov yaxınlığındakı yeni hücumunu şərh edib.

Şappsın sözlərinə görə, Ukrayna həmişə dünyanın gözləntilərini üstələyib, lakin 2022-ci ilin fevralında Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri ölkə üçün vəziyyət çətin olaraq qalır.

İngilis jurnalistlər burada müdafiə nazirinə sərt suallar da ünvanlayıblar. Onlara görə, əgər ABŞ Ukraynaya yardımı 6 ay ərzində gecikdirməsəydi, bəlkə də Xarkov ətrafında bu vəziyyət yaranmazdı.

Böyük Britaniyanın müdafiə naziri cavabınbda bunu qimən təsdiqləyib. Onun fikrincə, Ukraynaya həqiqətən son dövrlərdə diqqət azalması müşahidə olunub.

Şapps ABŞ-ın daxili siyasi problemlərinə də diqqət çəkib.

“Lakin indi diqqəti gələcəyə yönəltmək lazımdır, çünki siz artıq baş verənləri dəyişdirə bilməzsiniz”, - deyə müdafiə naziri bildirib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
musavat.com

1Mənbələr