AZ

Rusiya hərbçiləri Ukrayna ordusu üçün PUA istehsal edən sexi məhv edib

Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz təyyarələr istehsal edən sexi vurublar.

Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Nazirliyin məlumatına görə, Rusiya Silahlı Qüvvələri zərbə üçün operativ-taktiki aviasiyadan, raketlərdən, pilotsuz təyyarələrdən və artilleriyadan istifadə edib. Bundan əlavə, Rusiya ordusu Ukrayna ordusunun bir sıra sursat və yanacaq anbarlarına zərbələr endirib. Hava hücumundan müdafiə qüvvələri isə 9 fransız “Hammer” bombasını, 49 “Vampire” və “Olxa” mərmisini ələ keçirib.

Bildirilib ki, dağıdılmış bir neçə anbar Cənub” qruplaşmasının hərəkət zonasında olub.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
herbiand.az

1Mənbələr