AZ

Ukrayna Xarkovda daha bir kəndi itirdi

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Şimal qoşun qruplaşmasının bölmələri Xarkov vilayətinin Buqrovatka kəndini nəzarətə götürüb. Bununla da rus hərbi birləşmələri Ukrayna Silahlı Qüvvələrinin  müdafiəsinin dərinliklərinə irəliləyiblər. News365.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, Ukrayna hərbçiləri 135-ə qədər əsgər, iki zirehli döyüş maşını və 7 maşın itiriblər.

Qeyd edək ki, bu gün Ukrayna hərbçilərinin Xarkov vilayətinin Lukyantsı kəndindəki mövqelərdən geri çəkilməsi barədə də məlumat yayılmışdı.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
news365.az

1Mənbələr