AZ

“İsrailin Rəfaha hücumu onun Misirlə münasibətlərini pozacaq” – The Wall Street Journal

İsrailin Rəfaha hücumu onun Misirlə münasibətlərini pozacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Misir rəsmiləri The Wall Street Journal-a bildiriblər.

Misir hazırda İsraillə diplomatik əlaqələrini azaltmağı düşünür və İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücumu fonunda Tel-Əvivdəki səfirini geri çağırmağı planlaşdırır.

Mayın 12-də Misir yəhudi dövlətini “soyqırım”da ittiham edərək Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasına qoşulacağını açıqlayıb.

Qeyd olunur ki, hazırkı mübahisə sülh sazişinin imzalanmasından sonra iki ölkə arasında ən böyük böhrana çevrilib.

Hazırkı gərginlik İsrail ordusunun Qəzza zolağının Misirlə sərhəddindəki Rəfah keçidinin bir hissəsini nəzarətə götürdüyü 7 may hərbi əməliyyatından bir neçə saat əvvəl Misir hakimiyyətini xəbərdar etməsi ilə başlayıb.

İsrail və Misir (Kemp Devid) arasında sülh müqaviləsi 1979-cu ildə Vaşinqtonda Misir prezidenti Sadat və İsrailin baş naziri Begin tərəfindən imzalanıb. Bu müqaviləyə əsasən Sinay yarımadası Misirin nəzarətinə keçib və ölkələr arasında sərhəd müəyyən edilib.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
30
interpress.az

10Mənbələr