AZ

"Qəbələ"ni indiyə qədərki xidmətinə görə Premyer Liqada saxlamaq olardı"

"Qəbələ"nin futbolçusu Murad Musayev Sportal.az saytına açıqlamasında AFFA İcraiyyə Komitəsi zamanı formasını geyindiyi komandanı yüksək liqada saxlamamasına münasibət bildirib.

Musayevin fikrincə, bölgə klubunu Premyer Liqada saxlamaq olardı:

"Ümid edirdim ki, Premyer Liqada klub sayında artımı olacaq. "Qəbələ"nin Premyer Liqada qalacağına inanırdım. Amma belə olmadı, 10 komanda ilə davam qərarını verdilər. "Qəbələ"nin birinci liqada gedəcəyi tam dəqiqləşdi.  Bu cür klubun birinci liqaya yuvarlanması, çox ağır mənzərədir. Amma nə etmək olar? Futboldur da. Amma fikrimcə, "Qəbələ"ni indiyə qədərki xidmətlərinə görə Premyer Liqada saxlamaq olardı. AFFA bunu edə bilərdi. Bu klubun aşağı liqada olmasının Azərbaycan futboluna hansı zərəri vuracağını isə zaman göstərəcək".

"Qəbələ"nin aparıcı üzvü yeni sezonda birinci liqada əsas məqsədlərinin də yüksək liqaya qayıtmaq olduğu söyləyib: "Təbii ki, birinci liqada hədəf qalib gəlib geri qayıtmaq olacaq. Məncə, gələn ildən "Qəbələ" öz layiq olduğu yerinə, Premyer Liqaya qayıdacaq. Buna heç şübhəm yoxdur".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
sportal.az

1Mənbələr