AZ

Ermənistanda vəziyyət "rusca" olaraq qalmaqdadı

Panorama agentliyinin məlumatına görə, bir sürü müxalifət aktivistləri, baş nazir Nikol Paşinyanın istefa tələbləriylə Yerevanın mərkəzi küçələrini bağlamağa cəhd edir.

Qeyd olunur ki, "Vətən naminə Tavuş" aksiyasının iştirakçıları, Sayat Nova prospekti ilə Nalbadyan və Sayat Niva prospektiylə Abovyan küçələrinin  kəsişməsini bağlayıblar. Agentliyin məlumatına görə, yolu bağlayan avtomobilin sürücüsü polis tərəfindən saxlanılıb.

Qeyd olunur ki, aksiyanın keçirilməsi ərəfəsində 156 nəfər saxlanılıb. Sonradan onların sərbəst buraxıldığı bildirilir.

Müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat (ruslar onu "keşiş Qapon" kimi təqdim edirlər), baş nazir Nikol Paşinyanın istefasını tələb edib.

Paşinyan isə, keşişin istefa tələbini heç bir yerinə də almaq fikirində olmadığını nümayiş etdirir...

 Rüstəm Hacıyev
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
adalet.az

1Mənbələr