AZ

OPEC-in neft hasilatı azaldı

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC)  aylıq neft bazarı hesabatına görə, aprel ayında Konqo və İranda xam neft hasilatı artıb. Nigeriya, İraq və Venesuelada isə azalıb.

News24.az xəbər verir ki, gündəlik neft hasilatı Nigeriyada 46 min barel, İraqda 32 min barel, Venesuelada 13 min barel azalıb. Eyni dövrdə Konqoda neft hasilatı 21 min barel, İranda isə 14 min barel artıb.

Qrupun ən böyük istehsalçısı olan Səudiyyə Ərəbistanında isə hasilat keçən ay 2 min barrel artıb.

OPEC-in xam neft hasilatı aprel ayında əvvəlki ayla müqayisədə gündəlik 48 min barrel azalaraq təxminən 26 milyon 580 min barrelə düşüb.

Qeyd edək ki, ötən ay dünyada qazma quyularının sayı 60 ədəd azalaraq 1797-yə çatıb. Qazma qurğularının sayı OPEC ölkələrində 4 ədəd, qeyri-OPEC ölkələrində isə 56 ədəd azalıb.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
2
news24.az

3Mənbələr