AZ

BMT Azərbaycan və PAŞA Holding “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində tədbir keçirib (FOTO)

Bakı. Trend:

BMT-nin Azərbaycandakı nümayəndəliyi və PAŞA Holding-in birgəəməkdaşlığı ilə keçirilən “29 İqlim Söhbəti: COP29-a gedən yol”danövbəti tədbir “BMT-nin İqlim Dəyişikliyi Konfransına Ümumi Baxış:Özəl Sektor Perspektivləri” mövzusuna həsr olunub. Silsilədəndördüncü, PAŞA Holding ilə birgə ilk dəfə təşkil olunan tədbirdəPAŞA Qrup şirkətlərinin 200-dən çox əməkdaşı iştirak edib.

Tədbirdə PAŞA Holding-in Qrup üzrə Strateji İdarəetməDepartamentinin Teymur Hüseynov, COP29 Azərbaycan şirkətinin başicraçı direktoru Elnur Soltanov və BMT-nin Azərbaycandakı rezidentəlaqələndiricisi Vladanka Andreeva açılış nitqləri ilə çıxışediblər. O cümlədən UNFCCC-nin Hökumətlərarası Dəstək və KollektivProqres Departamentinin Direktoru Sesiliya Njenqa, BMT QlobalSazişinin Ətraf Mühit və İqlim üzrə Rəhbəri Fernando Castellanos vəSustainera Solutions şirkətinin Təsisçisi və İcraçı Direktoru İlkinHacıyev detallı təqdimatlarla çıxış etdilər. Tədbir zamanıəməkdaşlar üçün Qarabağ Dirçəliş Fondunun hazırda icra etdiyiekoloji layihələrə ianə etmək imkanı da yaradılıb.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi VladankaAndreeva PAŞA Holding ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraqqeyd etdi ki, “Özəl sektor iqlimlə bağlı fəaliyyət üçün kritikiştirakçılardan biridir və biz bu mühüm prioritetdə PAŞA Holdingilə əməkdaşlıq etməkdən məmnunuq. Təkcə ölkə üçün deyil, həm dədünya üçün”.

“İqlim mövzusunun aktuallığını nəzərə alaraq, biz öz“stakeholder”lərimiz üçün həm COP29, həm də ümumilikdə iqlimçağırışları barədə məlumatlılıq səviyyəsinin artırılması imkanınıyaratmaq istədik. Beləcə, BMT Azərbaycan tərəfindən “29 İqlimSöhbəti” təşəbbüsü barədə eşidən kimi bu təşəbbüsə qoşulmaqniyyətimizi bildirdik. Təşəbbüs çərçivəsində BMT tərəfindənümumilikdə 29 tədbir keçiriləcək və bu tədbirlərdən 4-ü PAŞAHolding-in tərəfdaşlığı ilə baş tutacaq. Bu gün biz bu tədbirlərdənilkini keçiririk. Çünki müzakirələrə məhz əməkdaşlarımızdanbaşlamaq istədik”, - deyə Teymur Hüseynov vurğulayıb.

“29 İqlim Söhbəti: COP29-a aparan yol” proqramı qlobal iqlimböhranı ilə mübarizə aparmaq üçün müxtəlif sektorlar arasında birgəfəaliyyət və dialoqu təşviq etmək məqsədi daşıyır. PAŞA Holding-indəstəyi ilə təşkil olunacaq bu silsilənin növbəti tədbirlərindəyerli və beynəlxalq media nümayəndələri, müştərilər, tərəfdaşlar vəqeyri-hökumət təşkilatları ilə BMT-nin müxtəlif qurumlarının mövzuilə bağlı ekspertlərinin iştirakı nəzərdə tutulub.

BMT
BMT
BMT
BMT
BMT
BMT
BMT
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
8
az.trend.az

9Mənbələr