AZ

Dünyada məcburi köçkünlərin sayı rekord həddə - 75,9 milyon nəfərə çatdı

2023-cü ilin sonunda dünyada hərbi münaqişələr və təbii fəlakətlər səbəbindən məcburi köçkünlərin sayı rekord həddə - 75,9 milyon nəfərə çatıb. Son beş ildə məcburi köçkünlərin sayı iki dəfə artıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Məcburi köçkünlüklərin monitorinqi Mərkəzinin (IDMC) son hesabatında deyilir

Bütün köçkünlərin 68,3 milyonu hərbi münaqişələr, digər 7,7 milyonu isə təbii fəlakətlər səbəbindən evlərini tərk edib.

Mərkəzin bildirdiyinə görə, 2023-cü ildə müharibə səbəbindən yeni məcburi köçkünlərin əksəriyyəti Sudan, Konqo demokratik respublikası və Qəzza zolağında olub. Türkiyə və Suriyada baş verən zəlzələlər səbəbindən 4,7 milyon insan evlərini tərk edib. 2023-cü ildə ümumilikdə 148 ölkədə təbii fəlakətlər səbəbindən köçün baş verdiyini bildirib.

IDMC direktoru Alexandra Bilak bildirib ki, son iki il ərzində "biz münaqişə və zorakılıq səbəbindən evlərini tərk etməyə məcbur olan insanların sayında həyəcanverici artım müşahidə etdik”. O qeyd edib ki, müxtəlif ölkələrin münaqişələrə və təbii fəlakətlərə hazırlıq səviyyəsi insanların təhlükəsizliyinə və rifahına təsir göstərir.

Nizami Bağırov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
qaynarinfo.az

2Mənbələr