AZ

Bir zənglə kartdakı 7 min manatı ələ keçirdi

Bir zənglə kartdakı 7 min manatı ələ keçirdi

Daha bir Azərbaycan vətəndaşı kiberdələduzluğa məruz qalıb.

Sonxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.

Qurum rəsmisi bildirib ki, Suriya nömrəsi ilə zəng edən naməlum şəxs qarşı tərəfə yalan vəd verməklə bank kartında olan pulunu ələ keçirib:

"Deyiblər ki, 1 milyon 700 min dollar pul var, onu Azərbaycana köçürə bilmirik. Bank kart məlumatlarını bizə verin, ora göndərək, 700 min sizin olacaq. Sizinlə orada əlaqə saxlanılıb 1 milyon dolları təhvil alacaqlar. Vətəndaş bütün məlumatları həmin şəxsə verib, 5 saniyə ərzində bank kartında olan 7377 manat pul çıxarılıb".

E.Hacıyev bir daha hər kəsi kibercinayətkarlardan qorunmağa çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
28
sonxeber.az

10Mənbələr