AZ

"Ukraynaya Zelenski deyil, o rəhbərlik edir" - Eks-deputat

Ukraynanın əsl idarəçiliyini ölkə prezidenti Volodimir Zelenski deyil, onun aparatının rəhbəri, Qərb kəşfiyyat xidmətlərinin göstərişlərinə əməl edən Andrey Yermak həyata keçirir.

"Unikal" xəbər verir ki, bu fikri mayın 14-də Ali Radanın keçmiş deputatı Andrey Derkaç səsləndirib.

"Biz siyasi lider Zelenski haqqında danışa bilmərik. Zelenski avatardır. Bu gün ölkəyə Yermak rəhbərlik edir", -  deyə o, BelTA-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Yermakın sayəsində Ukrayna xüsusi xidmət orqanlarına və hüquq-mühafizə orqanlarına nəzarət edən bəzi şəxslər hakimiyyətə gəlib.

Eks-deputat hesab edir ki, bəzi mühüm məlumatları ona çatdırırlar, amma yenə də müəyyən hərəkətlərin həyata keçirilməsi qərarını Qərbin xüsusi xidmət orqanlarının rəhbərləri verirlər.

Gülayə Mecid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
50
unikal.az

10Mənbələr