AZ

Azərbaycan dövlətinin siyasətində iqlim gündəliyi həmişə ön planda olub-Tural İsmayılov - ÖZƏL

"Bu gün Azərbaycan ekologiya məsələlərinə kifayət qədər həssaslıqla yanaşan bir ölkədir. Azərbaycan beynəlxalq səviyyədə qlobal iqlim məsələlərini daim gündəlikdə saxlanmasına çalışır və məhz Azərbaycanın yaşıl gündəliyə sahib olması, iqlim məsələlərini həmişə dövlət siyasətində prioritet məsələ halına gətirməsi COP29 kimi önəmli bir layihənin Azərbaycana həvalə edilməsi ilə nəticələndi".

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Azərbaycan yaşıl enerji keçid, iqlim məsələləri, sağlam ətraf mühit məsələlərini daim təşviq edir: Azərbaycan dövlətinin siyasətində iqlim gündəliyi həmişə ön planda olub. Eyni zamanda, Azərbaycanda Heydər Əliyev Fondu da daim iqlim məsələləri və ekologiya məsələlərinin müxtəlif layihələrində və tədbirlərində ön planda saxlayıbdır və bütövlükdə Azərbaycan ekoloji məsələlərdə həssaslıqla bağlı gözəl bir nümunəni örnəyi yaradıbdır. Əslində elə dünyanı qlobal istiləşmə və eyni zamanda, ekoloji məsuliyyətsizliyə görə Yer kürəsini gözləyən təhdidlər fonunda Azərbaycan həm də yaşıl dünya naminə həmrəyliyin vacibliyini bir daha bütün dünyaya xatırlatmış olur. Eyni zamanda, cənab Prezident tərəfindən COP29 keçirildiyi ildə 2024-cü ilin Yaşıl dünya naminə həmrəylik ili elan edilməsi Azərbaycanın bu mövzudakı həssaslığını və eyni zamanda, ali iradəsini növbəti dəfə nümayiş etdirir. Əlbəttə, COP29 kimi BMT səviyyəsində olan ən güclü tədbirlərdən birinin Azərbaycanda keçirilməsi fonunda ölkəyə qarşı maraq da çoxalır. Təəssüflər olsun ki, bəzi məmurlar, özəlliklə belə həssas bir dövrdə vəzifələrindən sui-istifadə etməyə çalışırlar. Amma Baş Prokurorluğun da yaydığı məlumatdan görürük ki, Qusarda meşələrin pulsuz kəsilməsi faktı da daxil olmaqla, Azərbaycan ekologiyasına ziyan vuran insanlar cinayət məsuliyyətinə cəlb edilirlər və bundan sonra da qanun qarşısında cavab verəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
olaylar.az

1Mənbələr