AZ

“Qarabağın incisi-Şuşa” kitab-albomu Sarayevoda boşnak dilində nəşr edilib

Sarayevo, 14 may, AZƏRTAC

Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzində hazırlanan “Qarabağın incisi-Şuşa” kitab-albomu Sarayevoda boşnak dilində nəşr olunub.

AZƏRTAC xəbər verir ki, səfirlik bu nəşri Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmasına həsr edib.

Nəfis şəkildə çap olunmuş kitab-albom Bosniya və Herseqovinanın universitetlərinə, kitabxanalarına, tanınmış ziyalılara və dövlət adamlarına göndəriləcək. Eyni zamanda, 28 May – Respublika Günü münasibətilə təşkil olunacaq qəbulda iştirakçılara hədiyyə ediləcək.

Kitabda Qarabağın tacı olan Şuşanın qədim tarixi, memarlıq abidələri, mədəni və strateji əhəmiyyəti, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli simalarının həyat və yaradıcılığını özündə əks etdirən mövzular əhatə olunub. Nəşrdə Şuşanın əsasının qoyulmasından indiyə qədər keçdiyi bütün tarixi mərhələlər geniş şəkildə təqdim edilib. Bu baxımdan kitab-albom Şuşanın zəngin tarixi irsinin təbliği və Qarabağla bağlı həqiqətlərin boşnak oxucuların diqqətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.

Nəşrin layihə rəhbəri Xalq yazıçısı Afaq Məsud, boşnak dilinə tərcümənin müəllifi isə səfirliyin ştatdankənar əməkdaşı Admira Çosoviçdir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
184
3
azertag.az

4Mənbələr