AZ

Braziliyada baş məşqçi oyunun fasiləsində istefa verdi

“Brazilyense”nin baş məşqçisi Paulo Roberto Santos Braziliya D Seriyasının “Real Brazilia” ilə oyunu fasiləsində vəzifəsindən istefa verib.

Arena.az bu barədə “Correiro Braziliense” dərgisinə istinadən məlumat verir.

Belə ki, ilk hissədə komanda qol vura bilməyib və bu məqam klub prezidentinin komandanın oyununu tənqid etməsi ilə nəticələnib. Bu isə braziliyalı mütəxəssisin xoşuna gəlməyib və Santos vəzifəsindən istefa verib: hər şeyi başlı-başına buraxaraq, oyunu tərk edib. Komandanın həkimi Jorje Oliva oyunun ikinci hissəsində baş məşqçi səlahiyyətlərinin icrasını üzərinə götürüb.

“Brazilyense” fasilədə məşqçisini itirsə də, oyunu 2:1 hesablı qələbə ilə başa vura bilib. Oyunsonrası müsahibəsində Jorje Oliva qələbənin “cərrahi” müdaxilə ilə qazanıldığını zarafatla qeyd edib. Klubun mətbuat xidməti məşhur portuqal mütəxəssis Joze Mourinyonun şərəfinə Jorje Olivanı “xüsusi” adlandırıb.

Hazırda Braziliya paytaxtının təmsilçisi 3 turdan 6 xalla yarış cədvəlinə başçılıq edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
arena.az

1Mənbələr