AZ

Ukraynaya silah tədarükü vaxtında həyata keçirilsəydi, başqa bir mənzərəni müşahidə edə bilərdik – Hərbi ekspert

ABŞ-ın dövlət katibi Entoni Blınken Ukraynanın paytaxtı Kiyevdə səfərdədir. Bu səfərin bir sıra diqqətçəkən məqamları var. Əsas məsələ isə ABŞ-ın Ukraynaya silah dəstəyinin geçikdirilməsidir ki, bununla bağlı hansı irəliləyişlərin olacağı maraq doğurur.

Hərbi ekspert Azər Bayramov Herbiand.az-a verdiyi açıqlamada Ukraynaya silah tədarükü ilə bağlı bundan öncə də ləngimələrin müşahidə edildiyinə diqqət çəkdi:

“Cari dövr üçün ABŞ-dan 61 mld dollar vəsaitin Ukraynaya hərbi texnika və digər məsələlər üçün ayrıldığı artıq məlumdur. Bunun təsdiqlənməsi də çox uzun zaman aldı. Və hazırkı dövrdə yenə də bu vəsaitin hissə-hissə Ukraynaya veriləcəyi bildirilir. İlkin olaraq 6 mld dollar pul ayrılıb. Ayrılmış pul ABŞ ordusunun ehtiyatlarından deyil, silah istehsal edən şirkətlərə sifariş olaraq verilib. Bu silahlar istehsal olunduqdan sonra Ukraynaya tədarükü həyata keçiriləcək. Bu da əsas ləngiməyə səbəb olan amildəndir. Digər tərəfdən bürokratik əngəllər də var ki, məhz bu günə qədər ləngimənin əsas səbəblərindən biridir. Təbii ki, ABŞ rəhbərliyi bu tədarükü sürətli həyata keçirmək üçün yolların axtarıldığını bildirir”.

Ekspert hesab edir ki, proses belə həyata keçirilərsə, yenə də ləngimələr müşahidə ediləcək:

“Müharibə başladığı zaman əgər bir çox silahlar var idi ki, onların tədarükü vaxtında həyata keçirilsəydi, biz bu gün döyüş meydanında tamamilə başqa bir mənzərəni müşahidə edə bilərdik. Bildiyimiz kimi, döyüşün ilk günlərindən Ukraynanın tələb etdiyi bir çox silah-sursat var idi ki, onları çox uzun zaman sonra Ukraynaya yönləndirdilər. Bu da Ukraynanın ərazi itkisinə gətirib çıxartdı. Hazırda Ukraynanın ciddi ehtiyacı olduğu silahlar, ilk növbədə hava hücumundan müdafiə sistemləri, artilleriya mərmiləri, pilotsuz uçuş aparatları və onlarla mübarizə vasitələri, həmçinin uzaqmənzilli raketlərdir. Əlbəttə digər ehtiyac duyulan silahlar var ki, məhz Ukraynaya bunların vaxtında çatdırılmaması və hazırda da tədarükü ilə bağlı müəyyən ləngimələrin olması bu gün Ukraynanın bir çox ərazilərinin itirilməsinə səbəb olur”.

Ekspert bu silahlar da vaxtında tədarük edilməsə, müəyyən müddətdən sonra verilməsinin də Ukraynaya cidd əhəmiyyətinin olmayacağını düşünür:

“Bununla bağlı Ukrayna rəsmilərinin ciddi narazılıqları oldu. ABŞ, bəzi Qərb ölkələri silah tədarükü ilə bağlı qərarların qəbul edilməsi, eyni zamanda onların çatdırılmasında çox ciddi gecikmələrə yol verdilər. Bu da Rusiyanın cəbhədə irəliləməsinə səbəb oldu”.  

Elnurə İSAXAN     

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
32
herbiand.az

10Mənbələr