AZ

Avro-2024-də yeni futbol qaydası olacaq: Yalnız kapitanlara icazə veriləcək ki...

UEFA-nın hakimlər üzrə icraçı direktoru Roberto Rozetti qurumun Avro-2024-ün final mərhələsində tətbiq edəcəyi yeniliyi bütün üzv ölkələrin mediası ilə bölüşüb.

Publika.az xəbər verir ki, sabiq referi bununla bağlı yazı dərc edib.

Rozetti bildirib ki, yeni qaydalara əsasən, futbolçuların hakimlərlə danışması və ondan izahat tələb etməsi qadağan ediləcək. Bu hüquq yalnız komandaların kapitanlarına məxsus olacaq. Yalnız qolunda sarğı olan 2 futbolçuya hakimlə ünsiyyət qurmağa icazə veriləcək.

Komanda yoldaşlarının hakimə hörmət etmələri, məsafəni saxlamaları və hakimi mühasirəyə almamalarını təmin etmək kapitanın məsuliyyətində olacaq. Kapitanının roluna məhəl qoymayan və yaxud hakimə hörmətsizlik və ya fikir ayrılığı əlamətləri göstərən hər hansı futbolçu rəsmi xəbərdarlıq alacaq. Kapitan qapıçıdırsa, meydançanın əks tərəfində insident baş verərsə, kapitan kimi çıxış edə biləcək sahə oyunçusu təyin edəcək.

"Bütün tərəflər arasında sağlam atmosfer yaratmaq üçün matç rəsmiləri kapitanlarla müzakirələrində açıq olmağa təşviq ediləcəklər. Bu, onlara oyunçular arasında inamı əhəmiyyətli dərəcədə artırmağa və müasir hakimlərin hərəkətlərindən tələb olunan liderliyi nümayiş etdirməyə imkan verəcək", - deyə UEFA rəsmisi bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
publika.az

1Mənbələr