AZ

Sürücü bahalı nömrəli “Porsche”siylə piyada keçidinin önünü kəsdi- VİDEO

Bakının Nərimanov rayonunda dayanma-durma qaydasını pozan sürücü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisə bir neçə gün öncə səhər saatlarında Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, 99-SZ-007 dövlət nömrə nişanlı “Porsche” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini piyada keçidində park edib. Nəticədə o, yolu keçən piyadaların hərəkətinə əngəl törədib. Hadisə şahidinin iddiasına görə, avtomobil saatlarla eyni ərazidə qalıb. 
Xatırladaq ki, bu xəta İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, 20 manat məbləğində cəriməylə nəticələnir. 

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
avtosfer.az

1Mənbələr