AZ

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində qeyd edilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ili ilə əlaqədar tədbir keçirilib.


Missiya.Az xəbər verir ki, tədbir “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin” təşkilatçılığı ilə “Azərbaycan Evində” baş tutub.


Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra GAİM-in icraçı direktoru Murad Muradov tədbiri giriş sözü ilə açıb. 


Daha sonra çıxış üçün söz Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevə verilib. O, Heydər Əliyevin siyasi fəaliyyəti, Gürcüstana olan isti münasibətindən söz açaraq, təməli Ulu Öndər tərəfindən qoyulmuş Gürcüstan-Azərbaycan dostluq və strateji tərəfdaşlıq münasibətləri haqda geniş məlumat verib. 


Marneuli meri Kənan Ömərov və Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze çıxış edərək Ulu Öndərin həyatı, iki ölkə arasındakı dostluq, qardaşlıq, ikitərəfli tərəfdaşlıq münasibətlərinin yaranmasındakı müstəsna rolundan bəhs ediblər. 


Tədbirdə Ulu Öndərlə şəxsən görüşmək şərəfinə nail olmuş, Gürcüstan Parlamentinin keçmiş deputatı Hidayət Hüseynov xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. 


Daha sonra GAİM-in rəhbəri Murad Muradov, mərkəzin “Robotexnika klubu” tərəfindən Ulu Öndərin 3D formatda hazırlanmış imzasını səfir Faiq Quliyevə təqdim edib. 


Tədbirin sonunda, GAİM tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə məktəblilər arasında keçirilən “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.



Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
4
missiya.az

6Mənbələr