AZ

Növbəti səyyar qəbul keçirilib

Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin Rövşən Kərimov, Etibar Verdiyev, Hüseyn Hüseynov və Azər Zeynalov küçələrinin sakinləri ilə səyyar qəbul keçirib. Qəbulda ŞPŞ-nin rəisi, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri iştirak edib.

Görüşdə şəhər rəhbəri, vaxt itkisinə yol vermədən vətəndaşların müraciətlərinin operativ həll edilməsi məqsədilə yaradılmış Rəqəmsal İcra Hakimiyyəti Portalı barədə sakinlərə məlumat verib.

Sakinlərin müraciətlərinin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilərək, həlli nəzarətə götürülüb.

Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
1
naftalan-ih.gov.az

2Mənbələr