AZ

Ukraynalı qaçqınlar BU ŞƏRTLƏRLƏ vətənə qayıtmaq istəyir

Almaniya, Polşa və Çexiyada yaşayan ukraynalı qaçqınların yalnız yarısı təhlükəsizlik, kritik infrastrukturun normal işləməsi, mənzillərin mövcudluğu və genişmiqyaslı işğalın başa çatması kimi şərtlər mövcud olduqda evlərinə qayıtmağa hazırdır.

Musavat.com xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun aprel ayında keçirdiyi sorğunun nəticələri bunu göstərib.

Ukraynalıların vətənə qayıtmağa hazır olduqları şərtlərdən danışarkən, nisbətən əksər respondentlər kritik infrastrukturun (34%) və təhlükəsizliyin (34%) təmin olunmasını əsas şərt hesab ediblər. Bunun ardınca mənzil məsələsi (26%) və tam miqyaslı işğalın başa çatması (26%) gəlir.

Respondentlərin 16%-i qayıtmaq üçün iş tapmaq imkanını, 13%-i isə uşaqların məktəbə və ya uşaq bağçasına getmək üçün şəraitin yaradılmasını şərt kimi irəli sürüblər.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
musavat.com

1Mənbələr