AZ

Göyçayda sel zamanı çaya tökülən tullantıların toplanması ilə bağlı hansı işlər görülür? - Rəsmi cavab

Göyçayda
Sosial şəbəkələrdə Göyçay ərazisində sel zamanı məişət tullantılarının çaya axmasını göstərən görüntülər yayılıb. Olduqca təhlükəli olan bu hadisə insanların böyük narahatlığına gətirib çıxarıb. Bəs görəsən tullantıların çaydan toplanması üçün hansısa işlər görülürmü?
Məsələ ilə bağlı olaraq Göyçay Rayon İcra Hakimiyyətindən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 13 may 2024-cü il tarixdə Göyçay rayonu ərazisində yağan güclü yağış nəticəsində rayonun Qarabaqqal kəndinin dağlıq ərazisindəki məişət tullantıları poliqonunu sel suları basıb Qeyd olunub ki, sel sularının zibil poliqonunu basması nəticəsində oradakı məişət tullantıları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Qarabaqqal kəndinin ərazisinin keçən hissəsində toplanıb:

“Hazırda rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri ilə birlikdə əraziyə texnika cəlb edilərək müvafiq tədbirlər görülür”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
189
3
1news.az

3Mənbələr