AZ

YENİ RAZILAŞMA: Türkmənistan qazı Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə çatacaq - "Naxçıvana təbii qazı bu qış..."

"Türkmənistan qazı Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə çatacaq".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məlumatı qardaş ölkənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb.

Onun sözlərinə görə, Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə çatdırılması ilə bağlı razılığa gəlinib: "Türkmənistan qazı Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə çatacaq. Eyni zamanda, Naxçıvanın təbii qazı bu qış Türkiyə üzərindən nəql olunacaq. Biz bu xətti - İğdır-Naxçıvan xəttini ən qısa zamanda istifadəyə verməyi planlaşdırırıq".

Lamiyə Əhmədli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
202
7
mia.az

10Mənbələr