AZ

Baltikyanı ölkələrin xarici işlər nazirləri Gürcüstana səfər edəcək

Baltikyanı ölkələrin xarici işlər nazirləri Gürcüstana səfər edəcək.

APA xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Bu axşam Estoniya, Latviya və İslandiya xarici işlər nazirləri ilə birlikdə Gürcüstana gedirik. Bir daha "Gürcüstan Avropadır" mesajını göndərmək üçün!", - Litva XİN rəhbəri Gabrielius Landsbergis deyib.

Rəsmilərin Prezident Salome Zurabişvili, parlamentin spikeri Şalva Papuaşvili, xarici işlər naziri İlya Darçiaşvili və parlament müxalifəti ilə birgə görüşləri nəzərdə tutulub.

Onlar həmçinin Gürcüstanın Aİ-yə namizəd ölkə kimi üzərinə götürdüyü öhdəliklərdən irəli gələn Avropa İttifaqına inteqrasiyasının gedişi ilə bağlı Gürcüstanın islahatlar prosesi, eləcə də ölkənin Rusiyanın yaratdığı təhlükələrə qarşı dayanıqlığının gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparmaq niyyətindədirlər.

Gürcüstan hökumətinin digər üzvləri və vətəndaş cəmiyyəti təşkilatları ilə də görüşlər keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
193
8
apa.az

9Mənbələr