AZ

İsrail beynəlxalq hüququ pozub – ABŞ ETİRAF ETDİ

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib ki, İsrailin beynəlxalq hüququ pozduğu hallar olub.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, Dövlət Departamenti İsrailin Qəzzada ABŞ-nin verdiyi silahlardan istifadəsinin beynəlxalq humanitar hüququ pozub-pozmadığına dair hesabatının işlənməsini müdafiə edir:

“Biz dəfələrlə açıq şəkildə bildirmişik ki, humanitar yardımla bağlı ciddi narahatlıqlar həll edilmədən və oradakı mülki insanların təhlükəsizliyi təmin edilmədən Rəfahda potensial hərbi əməliyyata qarşıyıq. Rəfah həm də oradakı əcnəbi vətəndaşların ərazini təhlükəsiz tərk etməsini asanlaşdıran əsas bölgədir. Buna görə də biz məsələ ilə bağlı danışıqlarımızı davam etdiririk”.

O qeyd edib ki, 7 oktyabr terror hücumlarının təkrarlanmamasını təmin etmək üçün əməkdaşlığı davam etdirə bilərlər. Amma bütün bunların fonunda hesab edilir ki, İsraildəki tərəfdaşlarının beynəlxalq humanitar hüquqa riayət etməklə bağlı öhdəliklərini yerinə yetirmədiyi hallar olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
nocomment.az

1Mənbələr