AZ

Köhnə yumurtanı necə ayırd etmək olar? -XƏBƏRİNİZ OLSUN

Səhər süfrələrinin ən önəmli ləzzətlərindən olan yumurta istehlak edərkən bəzi məqamlara diqqət yetirmək lazımdır. Qaynadılmış yaxud yağda bişirilmiş yumurtaların təzə olması vacibdir. Bəs yumurtanın təzə və ya köhnə olduğunu necə anlamaq olar?

“İki sahil” “CNN-Türk”ə istinadla yumurtanın təzə və ya köhnə olduğunu anlaya biləcəyiniz bir neçə üsülu təqdim edir:

Əgər yumurta suyun üzərinə çıxarsa...

Aldığınız yumurtanın köhnə olduğunu başa düşmək üçün su testi üsulundan istifadə edə bilərsiniz. Su testini tətbiq etmək üçün ilk növbədə boş bir qabı su ilə doldurub, yumurtanı qabın içərisinə qoyursunuz. Əgər yumurta suyun üzərinə çıxarsa bu o deməkdir ki, yumurta köhnədir.

Yumurta ağının və sarısının ayrılması

Yumurtanı qırdığınızda sarısı və ağı bir-birinə qarışmır və ya tamamilə bir-birindən ayrıdırsa bu yumurtanın yeni olduğunu göstərir. Bundan əlavə əgər yumurtanın ağı yaşıl və ya çəhrayı rəngdədirsə, qətiyyən istehlak edilməməlidir.

Yumurta alanda nələrə diqqət etmək lazımdır?

Keyfiyyətli yumurtanın qabığı təmiz, ləkəsiz və zədələnməmiş olmalıdır. Yumurta əsasən qofrələnmiş kartondan hazırlanan qutulara qablaşdırılır. Həmin qutulara yuvaları olan xüsusi kartondan hazırlanmış tabaqcıqlar və ya istehlak taraları qoyulur. Yumurtanın qablaşdırılmasında istifadə olunan materiallar zədələnməmiş, quru, təmiz olmalı, onlardan kənar qoxu gəlməməlidir.

Nigar Orucova, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
ikisahil.az

1Mənbələr