AZ

Səki, yoxsa parkinq? – Piyadalar haradan keçsin? - VİDEO

Paytaxtda dayanma-durma qaydalarını pozan sürücü görüntülənib.

Avtosfer.az xəbər verir ki, izləyicilərimizdən biri bu barədə video çəkərək redaksiyamıza göndərib.

Belə ki, bu gün səhər saatlarında Murtuza Muxtarov küçəsində 99-NZ-374 qeydiyyat nişanlı “KIA Rio” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini səkidə park edib. Bu da piyadaların rahat və təhlükəsiz hərəkətinə mane olub.

Sakinlər deyir ki, ərazidə avtomobillər üçün “Azparkinq”ə məxsus çoxlu yerlər var. Lakin küçənin bu hissəsində demək olar ki, hər gün belə sürücülər səkini parkinqə çevirir.

Qeyd edək ki, burada səkini zəbt edən sürücülərlə bağlı dəfələrlə saytımızda xəbər dərc edilib.

Məhəbbət Tərlanoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
avtosfer.az

1Mənbələr