AZ

"OPEC+" ölkələri neft hasilatını azaldıb

Aprel ayında "OPEC+" sazişinə qatılan ölkələr neft hasilatını gündəlik 246 min barel azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə OPEC-in may hesabatında qeyd olunub.

Apreldə hasilatın ən böyük azalması Rusiyada baş verib.

İstehsal məhdudiyyətlərindən azad olan Liviya, İran və Venesuela olmadan alyans ölkələrinin hasilat həcmi sutkada 35,82 milyon barel təşkil edib.

Apreldə nəzərdə tutulan bütün könüllü məhdudiyyətlər nəzərə alınmaqla, "OPEC+" ölkələri sutkada 36,705 milyon barel neft hasil etməli idi. Beləliklə, aprel ayında "OPEC+" sazişi üzrə plandan fərq gündəlik 855 min barel təşkil edib.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
iqtisadiyyat.az

1Mənbələr