AZ

Vaşinqton Kiyevə daha çox silah gödərəcək – Entoni Blinken

Xəbər verildiyi kimi, ABŞ dövlət katibi Entoni Blinken Kiyevə səfər edib və Volodimir Zelenski ilə görüşüb.

Blinken ona Vaşinqtonun bu yaxınlarda təsdiqlənmiş yardım paketindən silahların artıq gəldiyini və ABŞ-ın bundan sonra da daha çox silah göndərəcəyini söyləyib. Dövlət katibi əmin edib ki, yeni silah ehtiyatları cəbhədəki vəziyyəti dəyişməyə kömək edəcək. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Ukraynanın zaman keçdikcə “iqtisadi, hərbi və demokratik münasibətlərdə” müstəqil olmasını istəyir”.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden aprelin 24-də Ukraynaya əlavə maliyyə yardımı nəzərdə tutan qanun layihələri paketini imzalayıb. Bu məqsədlər üçün təxminən 61 milyard dollar ayrılacağı gözlənilirdi.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
editor.az

1Mənbələr