AZ

"HƏMAS terror yox, müqavimət hərəkatıdır” - Hakan Fidan

"HƏMAS müqavimət hərəkatıdır, terror hərəkatı deyil”.


Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada avstriyalı həmkarı Aleksandr Şallenberq ilə birgə mətbuat konfransı zamanı deyib.


“İsrailin sistematik olaraq minlərlə günahsız fələstinlini qətlə yetirməsi və milyonlarla insanı didərgin salması soyqırım aktıdır”, - deyə siyasətçi vurğulayıb.


Hakan Fidan qeyd edib ki, İsrailə qarşı qanuni beynəlxalq təzyiqləri getdikcə artırmalıyıq.


“Günahsız yəhudiləri həbs düşərgələrində öldürmək necə yanlışdırsa, bu gün də günahsız fələstinli uşaqları çarpayılarında bombalarla öldürmək də bir o qədər yanlışdır”, - deyə siyasətçi bildirib.



Daşqın Həsənov
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
50
missiya.az

10Mənbələr