AZ

ATƏT-in fəaliyyətdə olan sədrindən Ermənistandan qovulan azərbaycanlıların geriqayıdışı ilə bağlı CAVAB

“ATƏT təşkilat olaraq insanlar haqqını qorumalıdır. Mən Azərbaycan və Ermənistan hökumətlərinə tam dəstəyimi verirəm ki, onlar sülhə nail olmaq üçün səylərini davam etdirsinlər”.

Oxu.Az xəbər verir ki, bu fikirləri ATƏT-in fəaliyyətdə olan sədri İan Borq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı jurnalistlərin Ermənistandan qovulan azərbaycanlıların geriqayıdışı üçün ATƏT-in hansı addımları atacağına dair sualını cavablandırarkən deyib.

O bildirib ki, ATƏT bir təşkilat kimi, bu sülh prosesinin davamlı və uzunmüddətli olmasını diləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
oxu.az

1Mənbələr