AZ

Ukrayna Ali Radasının sədri Türkiyəyə gedib, həmkarı ilə görüşüb

Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk Türkiyəyə səfər gəlib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə məlumatı, o, “X” sosial şəbəkəsindəki hesabında paylaşıb.

Stefançuk bu səfərin ölkəsi üçün əhəmiyyətli olduğunu, türkiyəli həmkarı Numan Kurtulmuşla parlamentlərarası əməkdaşlıq, Dostluq Qrupunun fəaliyyəti, iki ölkə parlamentlərinin komitələri arasında əməkdaşlıq məsələlərini müzakirə etdiklərini qeyd edib.

O, həmçinin, Türkiyəyə Ukrayna regionlarının yenidən qurulmasına qoşulmaq istəyinə görə təşəkkür edib: “Zelenskinin təklif etdiyi Sülh Formulası Təşəbbüsün həyata keçirilməsində Türkiyənin dəstəyi və Qlobal Sülh Sammitində iştirakı bizim üçün çox vacibdir.”

Ukrayna Ukrayna
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
3
apa.az

4Mənbələr