AZ

Rus ordusu ildırımsürətli hücuma başladı – VP

“Ukrayna Silahlı Qüvvələri yaz və yay aylarında ölkənin şərqindəki Donbas bölgəsində Rusiya ordusunun hücuma keçməsini gözləyir və bunun qarşısını almaq üçün hazırlıq görür”.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Vaşinqton Post”un məqaləsində qeyd olunub.

Bildirilib ki, Rusiya fevral ayında Avdiyevka şəhərini ələ keçirdikdən sonra bu uğurunu davam etdirmək üçün Donas istiqamətində irəliləməyi planlayır.

Nəşr yazır ki, Rusiya ordusu son bir neçə gündə Xarkov istiqamətində hücuma keçərək Ukraynanın daxilinə doğru 8 kilometr irəliləyib, onlarla kəndi ələ keçirib. Bu, Rusiyanın müharibə başlayandan bu günə kimi ən sürətli hücumu olaraq dəyərləndirilib.

Nəşr Rusiyanın üstünlüyü ələ almasının səbəbinin ABŞ-ın yardımlarının gecikməsi ilə əlaqələndirib.

Həmçinin qeyd olunur ki, Rusiya müharibənin ilk günlərində yol verdiyi səhvləri aradan qaldırıb və hücum strategiyasını dəyişib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
tribunainfo.az

1Mənbələr