AZ

MHP liderindən Nemoya sərt sözlər: “Biabırçılıqdır, yerə girsin”

Türkiyənin müxalif Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Avroviziya mahnı müsabiqəsini sərt tənqid edib.

Teleqraf.com xəbər verir ki, MHP lideri yarışın qalibi olan isveçrəli müğənni Nemonun performansını biabırçılıq adlandırıb.

“Avroviziya mahnı müsabiqəsi bəşəriyyətin hansı təhlükə ilə üzləşdiyini bir daha göstərdi. Narazı kütlələr azğın meyllərin məngənəsindədir. Avroviziya bəşəriyyətin hansı təhlükə ilə üzləşdiyini sənədləşdirdi. Sənətdən çox siyasi məzmunlu müsabiqə çöküş təbliğatına çevrildiyini göstərdi. İsveçrəli iştirakçı biabırçıdır. Əgər buna müasirlik deyirlərsə, olmaz olsun, yerə girsin.

Müasirliyi öz içimizdə axtarıb tapacağımızı, Qərbə baxmaqla müasirliyi öyrənməyəcəyimizi bilirik”, - Baxçalı vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
teleqraf.com

1Mənbələr