AZ

Blinkenin köməkçisinin Kobaxidze ilə görüşü 2 saat çəkib - YENİLƏNİB

Tbilisidə səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın Baş nazir İrakli Kobaxidze ilə görüşü başa çatıb.

APA-nın Tbilisi müxbiri "Mtavari Arxi" telekanalına istinadən xəbər verir ki, görüş planlaşdırılandan daha çox - 2 saat çəkib.
Obrayn Kobaxidze ilə görüşdən sonra müxalifət və QHT-lərlə görüşəcək.


Qeyd edək ki, hakim "Gürcü Arzusu" partiyası bu gün "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini parlamentin plenar sessiyasında üçüncü və sonuncu oxunuşa çıxararaq qəbul edəcəyini bəyan edib.

***

12:09

ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn Gürcüstana gəlib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, diplomat hazırda hökumət administrasiyasında Baş nazir İrakli Kobaxidze ilə görüş keçirir.

KİV-in məlumatına görə, Kobaxidze Obraynı binanın girişində qarşılamayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
2
apa.az

6Mənbələr