AZ

Şəkidə atasını qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Şəkidə atasını qətlə yetirməkdə təqsirləndirilən Katıf Gülməmmədlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Xaliq Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Katıf Gülməmmədli ötən ilin may ayında aralarında yaranmış mübahisə zamanı atası 1959-cu il təvəllüdlü İsmayıl Gülüyevi boğaraq qəsdən öldürməkdə təqsirləndirilir. O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Katıf GülməmmədliYƏ qarşı Cinayət Məcəllləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
e-huquq.az

1Mənbələr