AZ

Ankarada kritik zirvə: Ərdoğanın HƏMAS mesajı dünyada manşet oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Yunanıstanın Baş naziri Kiriakos Miçotakisi qəbul edib. Kritik zirvə beynəlxalq mətbuat tərəfindən diqqətlə izlənilib.

Publika.az xəbər verir ki, Ərdoğan və Miçotakis təkbətək və heyətlərin görüşündən sonra birgə mətbuat konfransı keçirib.

Mitsotakis HƏMAS-ı “terror təşkilatı” adlandırsa da, Ərdoğan bir neçə dəfə bununla razılaşmadığını bildirib.HƏMAS-ın “müqavimət təşkilatı” olduğunu diqqətə çatdırıb. Ankarada keçirilən sammit və Ərdoğanın HƏMAS mesajı dünya mətbuatında geniş işıqlandırılıb.

ABŞ-da yerləşən “Bloomberg” “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS-ı dəstəklədiyini vurğuladı” başlıqlı xəbər verib.

İsrail mətbuatı da Ərdoğanın açıqlamalarını yaxından izləyib. “Jerusalem Post” qəzeti “Ərdoğan HƏMAS-ı müdafiə edir, onların müqavimət döyüşçüləri olduğunu söyləyir” deyə xəbər yazıb. “Times of Israel” Ərdoğanın HƏMAS-ı müqavimət hərəkatı olaraq gördüyünü bir daha təkrarladığına diqqət çəkib.

“Əl Ərəbiyyə” qəzeti Ərdoğanın HƏMAS mesajını vurğulayaraq "Ərdoğan HƏMAS-ın bir müqavimət hərəkatı olduğu mövqeyini bir daha təkrarladı" yazıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
publika.az

1Mənbələr