AZ

Azərbaycan regionda yeni reallıqlar yaratdı ŞƏRH

Bildiyimiz kimi, Azərbaycan və Ermənistan arasında 10 noyabr 2020-ci il tarixli razılaşmanın tələblərini Ermənistan siyasi hakimiyyəti daim pozurdu. Dağlıq Qarabağda yerləşən qeyri-qanuni hərbi dəstələrini silahla təchiz edirdi. Beləliklə,Ermənistan Azərbaycana qarşı öz revanşist arzularını ifadə edirdi. Məhz bu səbəblərdən sonra Ermənistan-Azərbaycan sərhədində Laçın nəzarət-buraxılış məntəqəsi quruldu. Həmin nəzarət-buraxılış məntəqəsi Azərbaycanın tam suverenliyini bərpa etməsinə xidmət edirdi.

Azərbaycan Müdafiə Nazirliyinin Antiterror əməliyyatı adı verdiyi silahlı toqquşmadan bir neçə saat əvvəl Xocavənd rayonunda mina partlayışı oldu və Daxili İşlər Nazirliyinin əməkdaşları da daxil olmaqla 9 nəfər həyatını itirdi. 19 sentyabr 2023-cü il tarixində Qarabağ ərazisində Azərbaycan Silahlı Qüvvələri və erməni silahlı birləşmələri arasında silahlı münaqişə başladı.Münaqişə Rusiya sülhməramlı Kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində- Ağdam və Şuşa şəhərində idi.

Qeyd edək ki, Antiterror əməliyyatı Azərbaycan Konstitusiyasının quruluşunun bərpa edilməsi məqsədilə aparılırdı. Bu əməliyyat Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycan Ordusu 90-dan çox döyüş mövqeyini nəzarət altına almışdır. Yüksək səviyyədə keçirilən əməliyyat nəticəsində qeyri-qanuni erməni silahlı dəstələri silahlarını yerə qoyub,döyüş mövqelərindən və hərbi postlardan çıxmışdır. Ən əsası Azərbaycan ərazisində qondarma separatçı rejimin fəaliyyətinə son qoyuldu və terrorçular həbs edilərək istintaq orqanına təhvil verildi. Biz bu tarixi qələbəyə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində,güclü ordumuz,şəhidlərimiz və qazilərimiz sayəsində nail olduq. Yaşasın Qalib Azərbaycan!

Altay Məmmədov

YAP Şamaxı rayon təşkilatının sədr müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
sesqazeti.az

1Mənbələr