AZ

Prezident təsdiqlədi: Mbappe Madriddə olacaq

İspaniya La Liqasının prezidenti Xavyer Tebas diqqət mərkinə düşüb.

Publika.az xəbər verir ki, funksioner PSJ-nin və Fransa millisinin hücumçusunun "Real"a keçidini təsdiqləyib:

“Bəli, Mbappe gələn il, gələn mövsüm Madriddə olacaq. O, dünyanın ən yaxşı oyunçularından biridir. Amma "Real"da Vinisius Junior və Cud Bellinqem kimi adlar da var. Əla komanda olacaq. Amma təbii ki, bu, çempionatda qələbəyə zəmanət vermir”.

Xatırladaq ki, ötən həftə PSJ-dən ayrıldığını rəsmən açıqlayan Mbappenin İspaniya nəhəngi ilə müddəti 2029-cu ilə qədər olan müqavilə imzaladığı iddia edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
publika.az

1Mənbələr